Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ardıcıl ikinci dəfə dünya çempionu oldu

Ardıcıl ikinci dəfə dünya çempionu oldu

Date: 24 October 2016 09:57

Qadın voleybolçular arasında klublararası dünya çempionatına yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Manilada keçirilən yarış "Əczaçıbaşı" klubunun çempionluğu ilə başa çatıb.

Türkiyə təmsilçisi finalda İtaliya "Kasalmaqqiore"sini üstələyib. Rəqibini 3:2 (25:19, 20:25, 25:19, 22:25, 15:11) hesabı ilə məğlub edən "Əczaçıbaşı" ardıcıl ikinci dəfə dünyanın ən güclüsü adını qazanıb.
 
Üçüncü pilləni isə İsveçrə "Volero"su tutub. Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovanın kapitanı olduğu Sürix təmsilçisi "Vakıfbank"a (Türkiyə) qalib gəlib - 3:0 (26:24, 25:15, 25:21).

Milli.Az


Tags:  Ardıcıl ikinci dəfə dünya çempionu oldu

RƏYLƏR


Top news