Erməni hərbçilər Qarabağdan imtina etdi – APREL ŞOKU

Erməni hərbçilər Qarabağdan imtina etdi – APREL ŞOKU
10:03 24 Oktyabr 2016
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan “aprel müharibəsi”nin şokundan hələ də ayılmayıb.

Publika.az xəbər verir ki, hazırda erməni ictimaiyyəti “aprel müharibəsi”ndə ölənlərin ailələrinə və yaralananlara maddi yardımın verilməməsini müzakirə edir.

“Lragir” saytı yazır ki, apreldə baş verən silahlı toqquşma sözün əsil mənasında şok effekti yaratdı: “Lakin ölkə hələ də bu şokdan ayılmayıb. Eyni zamanda, “dördgünlük müharibə”də ölən və ağır yaralananların ailələrinə sosial təminatın verilməməsi, yaxud bunun çox az miqdarda olması da ayrıca şok effekti yaradır. Bu sahədə problemin olduğu danılmaz faktdır”.

“Aprel müharibəsi”ndə Azərbaycanı örnək göstərən sayt qeyd edir ki, əgər Ermənistanda həmin döyüşdə ölən və yaralanların ailələrinə, yetkinlik yaşına çatmayan övladlarına diqqət göstərilməsə, növbəti müharibədə heç bir hərbçi döyüşmək istəməyəcək: “Bu reallıqdır. Reallıq odur ki, dövlətdən diqqət görməyən döyüşçülər Qarabağdan imtina edirlər. Əgər özlərindən sonra övladlarına baxan olmayacaqsa, onlara müharibə lazım deyil. Bu reallığı dəyişmək üçün doğru addımlar atmaq lazımdır”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR