İŞİD Mosulda 200 dinc sakini qətlə yetirdi

İŞİD Mosulda 200 dinc sakini qətlə yetirdi
10:12 24 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində terrorçu İŞİD qruplaşması 200 mülki sakini qətlə yetirib.

Milli.Az report-a istinadən bildirir ki, bunu İraq parlamentinin Ninova rayonundan olan deputatı İntisar əl-Cuburi bildirib.

O bildirib ki, terrorçular həmin sakinləri onlar tərəfdən döyüşməyə məcbur etmək istəyiblər, lakin mülki insanlar buna qarşı çıxdıqlarına görə, qətlə yetiriliblər.

Deputat söyləyib ki, qətllər Mosulun bir neçə rayonunda törədilib. O, öldürülənlərin cənazələrinin ailələrinə verilmədiyini də vurğulayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR