SOS: Sel suları Azərbaycanın bu qəsəbəsini batıra bilər - FOTO

SOS: Sel suları Azərbaycanın bu qəsəbəsini batıra bilər - FOTO
10:12 24 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubanın ən qədim kəndlərindən biri hesab olunan Qonaqkənd Vəlvələ çayının içində - vadisində yerləşir. Bu səbəbdən yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaradır. Lakin son günlər bu təhlükə daha da artıb. Vəziyyət o qədər kritikləşib ki, hətta bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərinini belə sel yuyub.

Milli.Az bildirir ki, Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun modern.az-a verdiyi məlumata görə, son günlər yağan güclü yağışlar və əriyən qarın nəticəsində çayın səviyyəsi xeyli qalxıb evlərin hasarlarına çatıb və hətta həyatyanı səhələrə dolub.
Ən acınacaqlısı isə selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Kənd sakinləri bildirirlər ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, ciddi heç bir tədbir görülmür.
 
Halbuki, real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq təxirəsalınmaz tədbirlərin görülməsinə tələb edir. Niyatulla Orucov bildirir ki, sürüşmə nəticəsində keçmiş Atuş kəndi ərazində Vəlvələ çayının qabağı "boğulub" və çayın məcrası genişlənib, suyun da səviyyəsi qalxıb. Kənd sakini deyir ki, son zamanlar qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən səksəkə içindədir:

"Hər an faicə baş verə bilər, camaat su içində qala bilər. Sentyabr ayının 2-si, 24-ü,17-si,oktyabr ayının isə 13-ü, 15-i ,17-si çayın səviyyəsi artıq evlərə çatmışdı. Elə ilk təhlükə zamanı - sentyabr ayı mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqaram vurdum. Onlar da teleqaramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bir cavab məktubu gəldi ki, hansı ki, bu cavabdan normal heç nə başa düşmək olmur.
Halbuki, təhlükə vəziyyətində yaşayırıq və dediyim kimi hər an faciə baş verə bilər. Bu cür laqeyd cavaba görə biz yenidən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halı, görünür, onların veclərinə deyil. Yerli bələdiyyəyə də, Quba İcra Hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Ancaq yerli orqanlar hər dəfə deyirlər ki, məsələdən məlumatlıyıq. Gəlib baxıblar da. Amma deyirlər onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır.

Bizim isə istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz evimizdə rahat yaşaya bilək, ya da bizi buradan köçürsünlər. Çünki bu vəziyyətdə, özü də payız-qış aylarında hər gün, hər saat həyəcan içində yaşayırıq. Əgər bizim imkanımız olsa idi, biz özümüz nəsə bir tədbir görərdik, amma bizim belə imkanımız yoxdur. Allahın ümidinə qalmışıq... ".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR