Maykl Ceksonun 50 yaşlı hamilə bacısı hicaba büründü - FOTOLAR

Maykl Ceksonun 50 yaşlı hamilə bacısı hicaba büründü - FOTOLAR
10:18 24 Oktyabr 2016
406 Şou
Ölkə mətbuatı
A- A+

Maykl Ceksonun bacısı - Canet Cekson hamilə olduğunu açıqladıqdan sonra ilk dəfə görüntülənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı Cannetlə ərəb sevgilisi alış-verişdən çıxarkən paparatsilərin kameralarına tuş gəlib. 41 yaşlı qətərli milyarder Vissam Əl Manna ilə 2012-ci ildə evləndikdən sonra müsəlman olan müğənninin hicaba bürünməsi isə əsl sensasiya yaradıb.

Məlumat üçün bildirək ki, səhnədə seksual kostyumlar geyinən Cannet il dəfərdir ki ana olacaq. Albomları 100 milyondan çox satılan Cannet bütün zamanların ən yaxşı qadın solo ifaçılarından biri kimi qəbul edilir. Vissam Əl Manna ilə evlənməzdən əvvəl iki dəfə evlənən müğənni aprel ayında hamilə olduğunu öyrəndikdən sonra qastrol səfərlərini ləğv edib. "

Hamilə olduğunu oktyabr ayına qədər gizli saxlayan müğənni “People” jurnalına poza verib və "Bu neməti verdiyi üçün Allaha şükür edirəm" deyib.

Aytən

















Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/173271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR