Rus-türk anlaşması pozuldu: Azmerikadan yeni diplomatik hücum

Rus-türk anlaşması pozuldu: Azmerikadan yeni diplomatik hücum
10:22 24 Oktyabr 2016
185 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə və İraq arasında Mosul əməliyyatı mübahisələrinə ABŞ da münasibət bildirib. Ancaq Vaşinqtonun açıqlaması həddən artıq diplomatik olub və konkret olaraq yekun nəticəyə təsir edəcək ağırlığı olmayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ağ Evin sözçüsü Coş Ernest deyib ki, Vaşinqton ilk gündən İraqda hərbi təlim proqramlarının Bağdadın razılığı ilə aparılmalı olduğunu deyib. O, İŞİD-ə qarşı əməliyyatların İraq mərkəzi hökumətinin razılığı və icazəsi ilə aparılmalı olduğunu bildirib. Eyni zamanda əlavə edib ki, Mosul yaxınlığındakı Türk hərbi düşərgəsi bu prinsiplərə zidd deyil.
 
Qeyd edək ki, Dövlət Departamenti sözçüsü Con Kirbi də bənzər açıqlama vermişdi. Kirbi Departamentin İraqdakı beynəlxalq güclərin mərkəzi hökumətin koordinasiyası altında olmasına tərəfdar olduğunu söyləmişdi.
 
Ancaq maraqlıdır ki, oktyabrın 21-də Türkiyəyə səfər edən müdafiə naziri Karter Türkiyənin regiondakı rolunun onun həm Suriyada, həm də Türkiyədə İŞİD-ə qarşı əməliyyatlara qatılacağını bildirib.
 
Sitat: "İraq Türkiyənin İŞİD-ə qarşı koalisiyada yer alan ölkə olduğunu bilir. Bundan başqa, Türkiyə Mosul bölgəsinə qonşu olduğu üçün Mosul əməliyyatının nəticələri ilə maraqlanır".
 
Qeyd edək ki, Vaşinqtonun ikibaşlı açıqlaması Ankara və Bağdad arasında, onsuz da, gərgin olan münasibətlərə daha da mənfi təsir edir. Məsələ ondadır ki, İraq hökuməti Türkiyə ordusunun Mosul əməliyyatlarına qatılmasına qarşı olduğunu bəyan edib. Türkiyə prezidenti isə İraq baş nazirinə sərt cavab verib, Türkiyənin əməliyyata qatılacağını bildirib. Ankara həm Mosulda, həm də Suriyanın şimalında əməliyyatlara qatılmaqda qərarlıdır.
 
Bu arada dünya mediası Rusiyanın yeganə təyyarədaşıyan gəmisi "Admiral Kuznetsov"un Aralıq dənizinə göndərildiyi haqda məlumat yayıb. Şimal dənizindən La Manş boğazından keçən Rusiya gəmisini kiçik gəmilər, o cümlədən nüvə silahı olan "Böyük Pyotr" gəmisi müşayiət edir. Hazırda Aralıq dənizindəki gəmilərin Suriya əməliyyatında iştirak edəcəyi bildirilsə də, Rusiya prezidentinin mətbuat katibi Peskov "Admiral Kuznetsov"un Suriya əməliyyatlarında iştirak ehtimalının az olduğunu deyib. Rusiya televiziyasına verdiyi müsahibəsində Peskov deyib ki, hazırda Suriyada mövcud olan Rusiya hərbi texnika və hərbçiləri Suriyada hökuməti dəstəkləmək üçün yetərlidir. Bu isə onu göstərir ki, Aralıq dənizinə göndərilən Rusiya gəmiləri əslində bölgədə güc nümayişi üçündür.
 
Bu arada Hələb şəhərində 3 gündür davam edən atəşkəs şənbə günü axşam saatlarında sona çatıb. BBC-nin bölgədən verdiyi məlumata görə, atəşkəsin başa çatması ilə şəhərdə şiddətli atışma başlayıb. Suriya İnsan Haqları Müşahidə Qrupu hava zərbələrinin Hələbin cənubunda silahlıların əlindəki əsas bazanı hədəfə aldığını bildirib. Atışmalar isə əsasən şəhərin şərqində baş verib.
 
Qeyd edək ki, Hələbdə atəşkəs və humanitar dəhlizlərin yaradılması qərarını Rusiya və Suriya hökumət qüvvələri verib. Əvvəlcə müxaliflərin Hələbi tərk etməsi üçün 11 saat, daha sonra isə 3 sutka vaxt verilmişdi. Ancaq təhlükəsizlik təminatı olmadığını əsas gətirən silahlılar tələbi yerinə yetirməkdən imtina etdilər. Bu isə o deməkdir ki, Suriyanın şimalı ilə bağlı böyük anlaşma baş tutmayıb. Çünki daha əvvəl Rusiya ilə Türkiyə arasında Hələb və kürdlər mövzusunda anlaşmanın olmasından danışılırdı. Hətta Türkiyə prezidenti etiraf etdi ki, Putin ondan Nüsrə Cəbhəsi Hələbdən çıxarılmasında yardım etməsi ilə bağlı xahiş edib.
 
Ehtimal olunurdu ki, Rusiya və Türkiyə Hələbin Suriya hökumətinin nəzarətinə keçməsi qarşılığında Suriya-Türkiyə sərhədləri boyunca kürd silahlılarının təmizlənməsi və bölgənin Türkiyə ordusu və müttəfiqi Azad Suriya Ordusu qruplaşmasının nəzarətinə keçməsində anlaşıblar. Ancaq Hələbin boşaldılması alınmadı və şəhərdə toqquşmalar yenidən bərpa olundu.
 
Eyni zamanda Azez bölgəsinə doğru irəliləyən Türkiyə ordusu və ASO birlikləri Tel Rıfat şəhəri yaxınlığında qarşı-qarşıya gəliblər. ASO kürdlərə Tel-Rıfatdan çıxmaları üçün 48 saat vaxt verib və belə görünür ki, burda da qarşıdurma qaçılmaz olacaq. Bu isə o deməkdir ki, Suriyanın şimalında "böyük anlaşma" əslində baş tutmayıb və tərəflər hər biri "köhnə ssenariyə" geri dönür. Bu isə savaşın yenidən qızışmasıdır.
 
Suriyanın şimalında anlaşmanın alınmamasında ABŞ Müdafiə Nazirinin səfərinin də rolu olmamış deyil. Kürdlər hazırda ABŞ-ın təsiri altındadır. Hər nə qədər ABŞ və Türkiyə müttəfiq ölkə olsalar da, son illərdə Suriyada heç də ortaq mövqedən çıxış etmir. Ancaq Rusiyanın Türkiyə ilə yaxınlaşması Vaşinqtonu razı sala bilməz. Görünür ki, Karterin qovluğunda Ankara üçün daha uyğun təkliflər olub. Bu isə həm Suriya, həm də İraqla bağlı ola bilər. Yaxın Şərqdə hər zaman olduğu kimi mürəkkəb diplomatiya oyunları hərbi toqquşmaların bir addım önündə davam etməkdədir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Fərqli küçə rəssamı - FOTO

27 Aprel 2017 01:32

Rusiyadan kritik Astana açıqlaması -

27 Aprel 2017 01:31

Lənkəranda ağır qəza:

27 Aprel 2017 01:20

Rusiya mətbuatı Putinlə Trampın ilk görüşü barədə xəbər yayıb

27 Aprel 2017 01:17

35 yaşlı futbolçu məşqdə öldü

27 Aprel 2017 01:04

Limonla tonqal qaladı - FOTO/VİDEO

27 Aprel 2017 01:03

Hadisə hicaba büründü -

27 Aprel 2017 00:58

Suriyada qətliam davam edir:

27 Aprel 2017 00:23

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 00:22

Suriyanın bir neçə şəhəri terrorçular tərəfindən atəşə tutulub: ölən və yaralananlar var

27 Aprel 2017 00:07

Günün qoroskopu: qəm yeməyin, kimsə gələr, kimsə də gedər

27 Aprel 2017 00:05

"Barselona"dan 7 qol!

26 Aprel 2017 23:57

"Qalatasaray"ın futbolçusu qəza törətdi

26 Aprel 2017 23:57

Futbolda növbəti YENİLİK:

26 Aprel 2017 23:56

"İspaniya çempionatında sürpriz nəticələr olacaq"

26 Aprel 2017 23:47

Bu evə 120 milyon dollar verdilər - FOTO

26 Aprel 2017 23:47

Bu da oldu - 700 illik mağaradan lüks ev - FOTO

26 Aprel 2017 23:42

Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi

26 Aprel 2017 23:42

Liviya Avropa İttifaqından yardım istəyir

26 Aprel 2017 23:38

"Konteyə dedim ki..."

26 Aprel 2017 23:37

Hər gün tərxun yeyin! - 7 SƏBƏB

26 Aprel 2017 23:32

Şöhrətləri ilə bərabər gözəllikləri də artan ulduzlar - FOTO

26 Aprel 2017 23:32

Tailandda qasırğa xəbərdarlığı verilib

26 Aprel 2017 23:27

Cennifer sevgilisi ilə - FOTO

26 Aprel 2017 23:27

"Barselona" "Osasuna"nı darmadağın etdi -

26 Aprel 2017 23:25

Ərini elə qucaqladı ki... - FOTO

26 Aprel 2017 23:22

"Xavi mənim düşmənimdir"

26 Aprel 2017 23:22

Makronun sevgi macərası - FOTOLAR

26 Aprel 2017 23:18

İki uşağının atası ilə 8 il sonra ailə qurdu - FOTO

26 Aprel 2017 23:17

DÇ-2018-də bu yenilikdən istifadə ediləcək

26 Aprel 2017 23:14

Mariya Şarapova cəzadan sonra ilk oyunundan qalib ayrılıb

26 Aprel 2017 23:12

FİFA prezidenti: "DÇ-2018-də video hakim funksiyasından istifadə olunacaq"

26 Aprel 2017 23:12

İranın Pakistanla sərhəd bölgəsində silahlı insident: 10 sərhədçi ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 23:05

Nəfəsalma sisteminizin yaşını təyin edin - TEST

26 Aprel 2017 23:05

Ledi Qaqanı bir də belə görün - FOTO

26 Aprel 2017 23:05

Lənkəranda qəza:1 ölü, 2 yaralı

26 Aprel 2017 22:59

"Təsəvvür etməzsiniz, PSG "Barselona"dan 6-cı qolu buraxanda necə qışqırmışdım"

26 Aprel 2017 22:58

Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti iclası keçirildi

26 Aprel 2017 22:58

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasiminin əsas məşqi keçirilib - FOTOREPORTAJ

26 Aprel 2017 22:57

Təcrübəli mütəxəssis Hollandiya millisində işləməkdən imtina edib

26 Aprel 2017 22:57

Qaraciyəri XƏRÇƏNGDƏN qoruya biləcək 4 QİDA

26 Aprel 2017 22:57

Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

26 Aprel 2017 22:52

Pakistan sərhədində silahlı hücum:

26 Aprel 2017 22:50

Qocalmaqdan qorxmayan Monika Belluççidən yarıçılpaq fotosessiya

26 Aprel 2017 22:47

Azərbaycanda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

26 Aprel 2017 22:42

Fanatlarına görə bunu da edəcək - FOTO

26 Aprel 2017 22:42

Astarada ölümlə nəticələnən qəza - FOTO

26 Aprel 2017 22:38

Avropada EPİDEMİYA: bu 14 ölkədən uzaq durun - SİYAHI

26 Aprel 2017 22:37

Azərbaycanda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

26 Aprel 2017 22:37

Hadisə hicab bağladı - FOTO

26 Aprel 2017 22:37