Birləşmiş Ərəb Əmirliklərindən Bakıya yeni aviareys açılır

Birləşmiş Ərəb Əmirliklərindən Bakıya yeni aviareys açılır
10:27 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aşağıbüdcəli aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.

Milli.Az report-a istinadən bildirir ki, loukost şirkət 2017-ci il martın 23-dən etibarən həftədə 4 dəfə Şarja beynəlxalq hava limanından Azərbaycan paytaxtına və əks istiqamətdə uçuşların yerinə yetirilməsinə başlayacaq.

Artıq uçuşların qrafiki də müəyyənləşdirilib. Belə ki, həftənin cümə axşamı və bazar günləri saat 07:55-də təyyarə Şarja hava limanından qalxacaq və 10:50-də (yerli vaxtla) Heydər Əliyev beynəlxalq hava limanına enəcək. Eyni günlərdə Bakıdan uçuş 11:30-da başlayacaq və təyyarə 14:10-da (yerli vaxtla) Şarjaya çatacaq.

Həftənin çərşənbə axşamı və şənbə günləri isə təyyarə Şarjadan gecə 02:55-də havaya qalxacaq və 05:50-də Bakıda enəcək. Əks istiqamətdə isə reyslər 06:50-də yerinə yetiriləcək və Şarja hava limanına 09:30-da çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/482440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR