BANM-in tələbəsi ikinci dəfə Böyük Britanıya universitetinin mükafatını alıb

BANM-in tələbəsi ikinci dəfə Böyük Britanıya universitetinin mükafatını alıb
10:37 24 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan V kurs tələbəsi Rafael Səmədov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin 2015/2016-cı akademik ili üzrə universitet mükafatının qalibi seçilib.
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ali Məktəbdən bildirilib ki, R.Səmədov 2015/2016-cı akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və 100 funt sterlinq məbləğində pul mükafatına layiq görülüb. BANM-in rektoru Elmar Qasımov Rafael Səmədovu təbrik edərək ona təhsildə uğurlar arzulayıb.
Rektor Ali Məktəbin adını hər zaman ucaltmağı tövsiyə edib.
Qeyd edək ki, R.Səmədov “Kimya mühəndisliyi” ixtisası üzrə V kursda təhsil alır. O, həm də laboratoriya dərslərində professorlara kömək edir. Yeganə BANM tələbəsidir ki, akademik göstəricilərinə görə ixtisası və kursu üzrə Heriot-Vatt Universitetinin ən yaxşı tələbəsi olaraq həmin ali məktəbin təqaüdünə artıq ikinci dəfə layiq görülür. O, həmçinin elmi konfranslardakı çıxışları ilə fərqlənən tələbələrdəndir. Rafael Səmədovun apardığı elmi araşdırmalar əsasən bərpa olunan enerji sahəsinə aiddir.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/banm-in-telebesi-ikinci-defe-boyuk-britaniya-universitetinin-mukafatini-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR