Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR-ın Yenidənqurma Layihələri üzrə EPC(m) işlərində iştirakla əlaqədar bazar araşdırması

SOCAR-ın Yenidənqurma Layihələri üzrə EPC(m) işlərində iştirakla əlaqədar bazar araşdırması

Date: 24 October 2016 10:42

Bakı. 24 oktyabr. REPORT.AZ/ Mühərrik yanacaqları üzrə istehsal gücünün artırılması və artan daxili tələbatın təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz mövcud istehsal obyektlərinin yenidənqurma və modernizasiyasını həyata keçirmək niyyətindədir. Aparılmış tədbirlərin nəticəsində istehsal olunacaq mühərrik yanacaqlarının keyfiyyət göstəriciləri ən müasir ekoloji standartlara uyğun olacaqdır.
"Report" xəbər verir ki, yenidənqurma işlərinin Layihələndirmə, Satınalma, Tikinti (EPC/EPCm) podratçısının cəlb olunması ilə həyata keçirilməsi nəzərdə tutulur.
Hazırki mərhələdə, SOCAR EPC(m) işləri üzrə potensial podratçıların siyahısının müəyyənləşdirilməsi üçün bazar araşdırmasının keçirilməsi məqsədi ilə Practical Solutions Group şirkətini cəlb etmişdir və bazar araşdırmasına yalnız neft emalı zavodunun qurğularının yenidənqurması, xüsusilə Atmoser və Vakuum Distillə Qurğuları, Katalitik Krekinq, digər əsas qurğular və Ümumzavod Təsərrüfatı işləri üzrə bacarıq və təcrübəyə malik olan şirkətlər dəvət edilir.
Bazar araşdırması prosesində iştirak etmək istəyən şirkətlər üçün ilkin şərtlər aşağıdakılardır:
- Son 10 il ərzində baş podratçı qismində mövcud texnoloji qurğuların yenidənqurulması üzrə müqavilə dəyəri ən azı 400 milyon ABŞ dolları olan detallı layihələndirmə, satınalma və tikinti işlərini həyata keçirmiş şirkət olmalıdır;
- Layihənin həyata keçirilməsinə cəlb ediləcək təşkilatın neft emalı zavodunun yenidənqurması üzrə müvafiq təcrübəsi olmalıdır. Layihəyə rəhbərlik edəcək mütəxəssislər üçün minimal tələblər aşağıdakı kimidir:
* Layihə Rəhbəri, Tikinti Meneceri - oxşar vəzifədə minimum 15 il təcrübə,
* Mühəndislik Meneceri, Satınalma Meneceri, SƏTƏM, Keyfiyyətə Nəzarət oxşar vəzifədə minimum 10 il təcrübə;
- Şirkət geniş miqyaslı yenidənqurma işlərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf mühitin Mühafizəsi (SƏTƏM) və Keyfiyyətin Təmin Edilməsi/Keyfiyyətə Nəzarət aspektləri üzrə yüksək standartlara cavab verən proseduralara, geniş təcrübəyə və müvafiq göstəricilərə malik olmalıdır;
- Şirkət müfəssəl sazlama planları və prosedurları hazırlaya bilmək potensialına malik olmalıdır və mövcud texnoloji qurğunun hüdudları daxilində işlərin yerinə yetirilməsi ilə bağlı mürəkkəblikləri necə idarə edəcəyini göstərməlidir;
- Şirkət layihəyə cəlb olunmuş müxtəlif tərəflər ilə qrafik, material və işçi qüvvəsinin hərəkətinə münasibətdə qarşılıqlı əlaqə məsələlərinin idarə edilməsi ilə bağlı təcrübəyə malik olmalıdır;
- Şirkət potensial ekoloji məsələlərin idarə edilməsi ilə bağlı təcrübəyə malik olmalıdır;
- Şirkət güclü maliyyə durumuna malik olmalı və vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır;
- Şirkət qanunla müəyyən edilmiş bütün müvafiq yerli lisenziyalar və qeydiyyatları əldə etmək imkanına malik olmalıdır;
Əgər şirkətiniz yuxarıda qeyd olunan tələblərə cavab verirsə və sözügedən bazar araşdırmasında iştirak etməyə və növbəti mərhələ üçün nəzərə alınmağa maraq göstərirsə, xahiş edirik ki, Bazar Araşdırmasına dair sorğu anketinin əldə edilməsi üçün marağınızı elektron poçt vasitəsilə 31 oktyabr 2016-cı il tarixindən gec olmayaraq fbektashi@psg.az ünvanına təsdiq edəsiniz və bazar araşdırması üçün tərəfinizdən əlaqələndirici şəxsi təyin edəsiniz.

Tags:  SOCAR-ın Yenidənqurma Layihələri üzrə EPCm işlərində iştirakla əlaqədar bazar araşdırması


RƏYLƏR


Top news