Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD paytaxta yaxınlaşdı: 6 saat ərzində...

İŞİD paytaxta yaxınlaşdı: 6 saat ərzində...

Date: 24 October 2016 10:43

Dünyanın diqqətinin Mosul əməliyyatına yönəldiyi bir vaxtda İŞİD terror təşkilatı strateji məntəqəni ələ keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı İraqın Anbar vilayətinə bağlı Rutbah şəhərində nəzarəti tamamilə təmin edib.

İŞİD Kərkükdən sonra Anbardakı “yatan qruplar”ını hərəkətə keçirib. Terror təşkilatı şəhərdə əsir götürdüyü “Haşdı Şabii” milislərini də gülləyib.

Mosul əməliyyatın 7-çi günündə strateji əhəmiyyətə malik Başika qəsəbəsi peşmərgə güclərinin (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri –red.) əlinə keçib. Peşmərgənin istəyi ilə Türkiyə Silahlı Qüvvələri Başikada İŞİD-in mövqelərini vurub. Mosul əməliyyatında İŞİD lideri Əbubəkr Bağdadinin köməkçisi öldürülüb.

Ömər Dağlı


Tags:  İŞİD paytaxta yaxınlaşdı saat ərzində

RƏYLƏR


Top news