Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nisə Qasımova özündən çıxdı və...

Nisə Qasımova özündən çıxdı və...

Date: 24 October 2016 10:48

Xalq artisti Nisə Qasımovanı özündən çıxarıblar. Buna səbəb bəzi həmkarlarının onun mahnılarını başqa tərzdə oxumasıdır.

Publika.az xəbər verir ki, əsəbiləşən sənətkar ürəyini “İnstagram” səhifəsində boşaldıb: “Bəzi insanlar qarşısında təcrübəli və işini yaxşı bilən bir müğənni görüb də, nədən özlərini ağıllı göstərirlər? Ən ağzından təcrübəli insanın məsləhətinə qulaq asıb, daha səmərəli işbirliyi qura bilərlər axı. Bu hallara çox əsəbiləşirəm. Nə isə…

Sosial şəbəkə istifadəçiləri müğənninin müdafiəsinə qalxıblar: “Nisə xanım! Siz öz möhürünüzü vurmusunuz və vurursunuz, Xalq artisti fəxri adını layiqincə almısınız və ondan da çoxa layiqsiniz. Canım Nisə Xanım mən yaltaqlanmıram, nə suyum, nə havam sizdən asılıdır. Lakin bir söz deyə bilərəm – Nisə oxuduğu mahnıları, heç kəs o tərzdə, o gözəllikdə, o ürəklə oxuya bilməz, ona görə də deyirəm - “özünüzü biabir edib, Nisə xanım oxuduğu mahnıları OXUMAYIN, öz paxırlarınızı açmayın, biabır etməyin, özünüzü. Bu, Allah vergisidir, vəssalam”.

Cəvahir


Tags:  Nisə Qasımova özündən çıxdı

RƏYLƏR


Top news