Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aydın Əliyev Balakəndə vətəndaşları qəbul edəcək

Aydın Əliyev Balakəndə vətəndaşları qəbul edəcək

Date: 24 October 2016 10:49

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 28-də saat 10:30-da Balakən şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti 42) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 27-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: ((024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Tags:  Aydın Əliyev Balakəndə vətəndaşları qəbul edəcək


RƏYLƏR


Top news