Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qızıl top"a namizədlərdən 5-i açıqlanıb

"Qızıl top"a namizədlərdən 5-i açıqlanıb

Date: 24 October 2016 11:07

Bakı. 24 oktyabr. REPORT.AZ/ "France Football" jurnalı 2016-cı ilin "Qızıl top" mükafatına namizədlərdən 5-nin adlarını açıqlayıb. "Report"un məlumatına görə, onlardan 2-si İspaniya "Real Madrid"ində çıxış edən portuqaliyalı Kriştianu Ronaldu ilə uelsli Qaret Beyldir.
Habelə, İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon, İngiltərənin "Mançester Siti" klubundan argentinalı Serxio Aqüero və Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən qabonlu Pyer-Emerik Obameyanq da siyahıya düşüb. Qalan 25 namizəd gün ərzində açıqlanacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu iki dəfə (2013, 2014) "Qızıl top"a yiyələnib. O, 2016-cı ildə "Real Madrid"lə Çempionlar Liqasını, Portuqaliya millisinin heyətində isə Avropa çempionluğu qazanıb. Daha əvvəl "France Football"la əməkdaşlığının başa çatması səbəbindən FİFA-nın bu mükafatı təqdim etməyəcəyi açıqlanıb. Jurnal "Qızıl top"u 1956-cı ildən təqdim edir. FİFA-da isə 1988-ci ildən "İlin oyunçusu" mükafatı meydana çıxıb. 2010-cu ildə "France Football"ın FİFA ilə bağladığı 5 illik müqaviləyə əsasən, ali futbol qurumu "Qızıl top"un sahibini milli komandaların baş məşqçiləri, kapitanları və KİV nümayəndələri arasındakı sorğu əsasında seçib.

Tags:  Qızıl topa namizədlərdən 5-i açıqlanıb

RƏYLƏR


Top news