"Regional İnkişaf" İctimai Birliyinin Şəki Regional Mərkəzi yaradılıb - FOTO

"Regional İnkişaf" İctimai Birliyinin Şəki Regional Mərkəzi yaradılıb - FOTO
11:12 24 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan RRB-nin Administrasiya Başçıları Şurasının və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının birgə iclasında təmsil olunub (18 Aprel 2017 18:35)
Prezident Yevlaxda Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub (17 Aprel 2017 09:53)
Prezident Yevlaxda müşavirə keçirir (17 Aprel 2017 09:44)

Heydər Əliyev Fondunun təsis etdiyi "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) daha bir regional mərkəzi yaradılıb. Şəki şəhərində ictimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə keçirilən iclasda RİİB sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri və ötən müddət ərzində görülən işlər barədə məlumat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qeyd edilib ki, İctimai Birliyin başlıca məqsədi vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoq yaratmaq, ictimai nəzarət mexanizmini gücləndirmək, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək verməkdir.

Qeyd olunub ki, təşkilatın bu günədək Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Aran-1, Aran-2 regional mərkəzləri yaradılıb. Yeni fəaliyyətə başlayan Şəki Regional Mərkəzi isə Şəki, Qəbələ, Zaqatala, Qax,Oğuz, Balakən rayonlarını əhatə edəcək. Regional mərkəz Şəki şəhərində yerləşəcək.

RİİB-in işində könüllülərin fəal iştirak etdiyini deyən Məhəmməd Abdullayev Şəki rayonunun ictimaiyyətini, xüsusilə gəncləri birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən problemlərlə bağlı təkliflər irəli sürməyə, bununla da yaşadıqları regionun, rayonun və ya kəndin həyatına öz töhfələrini verməyə çağırıb.

Tədbirdə çıxış edən rayon ağsaqqalları və gənclər Heydər Əliyev Fondunun bu günədək Şəkidə müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən danışıblar. Eyni zamanda Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Parisdə təşkil olunan "Azərbaycan şəhərciyi"ndə Şəki sənətkarlarının iştirakının, Şəkinin qədim mədəniyyətinin, mətbəxinin Avropanın mərkəzində təqdim edilməsinin onlarda qürur hissi yaratdığı qeyd olunub. İctimai Birliyin gördüyü işləri təqdirəlayiq hesab edən rayon sakinləri təşkilatın fəaliyyətinə hər cür dəstək göstərəcəklərini bildiriblər.

Diskussiya formasında keçən tədbirdə rayonda istedadlı gənclərə dəstək və bununla bağlı təlim mərkəzinin yaradılması, şagirdlər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi baxımından tədbirlərin keçirilməsi, rayonun fransız dili müəllim və tələbələrinin ixtisaslarının təkmilləşdirilməsi məqsədi ilə Fransaya səfərlərin təşkili, elmi kitabxanaların yaradılması və digər istiqamətlərdə təkliflər müzakirə olunub.

Tədbirdən sonra "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri Şəki rayonunun İnçə, Biləcik, Qax rayonunun Tasmalı, Lələpaşa, Qarabaldır, Zəyəm kəndlərində və Zaqatala şəhərində sakinlərlə görüşlər keçiriblər. Görüşlərdə sakinlərin problem və təklifləri dinlənilib. Sakinlər "Regional İnkişaf" İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edərək Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.

Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12