Bakıda kişi arvadını döyüb öldürdü

Bakıda kişi arvadını döyüb öldürdü
11:18 24 Oktyabr 2016
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ər arvadını döyərək ona ağır xəsarətlər yetirib.

Hadisə Xətai rayonu Yusif Səfərov küçəsi ev 15/5 ünvanında qeydə alınıb.

Belə ki,1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.

Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR