“Avirtel”dən "Apple" sevərlərə daha bir xoş xəbər - “AvirStore” açıldı

“Avirtel”dən "Apple" sevərlərə daha bir xoş xəbər - “AvirStore” açıldı
11:36 24 Oktyabr 2016
44 Şou
Ölkə mətbuatı
A- A+

Amerika telekommunikasiya şirkətinin filialı olan "Avirtel” keyfiyyətli xidmət prinsipini əsas tutaraq Azərbaycan müştərilərinə İKT xidmətləri göstərməkdədir. Şirkət bu prinsipə sadiq qalaraq yeni layihəyə imza atıb.

Belə ki, "Avirtel" şirkəti "Apple" satış və servis mərkəzi olan "AvirStore”mağazasını "Apple" sevərlərin ixtiyarına verib.

"Avirstore” "Apple" məhsullarının satışı ilə yanaşı, geniş çeşidli xidmətlər təklif edir. "Apple" məhsullarının satışı və dəstəyi üzrə ixtisaslaşmış peşəkar mütəxəssislər müştərilərə mükəmməl xidmət göstərmək üçün daim hazırdırlar.

"Avirtel” artıq 16 ildir ki, yerli bazarda peşəkar İKT xidmətləri göstərir.

Xidmət çeşidlərinə, yüksək sürətli İnternet, İPTV, Toll Free, Zəng mərkəzlərinin qurulması, İKT məsləhətçilik və "outsourching" xidmətləri və s. daxildir. Şirkət Amerikanın bir sıra nüfuzlu brendlərinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.

Bunu açılış mərasiminin fəxri qonağı – Amerika Birləşmiş Ştatların ölkəmizdəki səfiri – cənab Robert Sekuta öz çıxışında xüsusi olaraq vurğulayıb.

Mərasimin fəxri qonağı olan cənab Sekuta şirkətin prezidenti cənab İsmayıl Şabani ilə birgə "Apple Premium Reseller" standartına uyğun dizayn olunmuş mağazanın açılış lentini kəsərək məhsul və xidmətlər ilə yaxından tanış olmuş və "AvirStore”-a gələcək işlərində uğurlar arzu edib.

Cənab Sekuta həmçinin "Avirtel"in bir Amerika şirkəti olaraq Azərbaycanla-Amerika işgüzar münasibətlərinin formalaşmasında oynadığı əhəmiyyətli rola görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib.

"AvirtStore” "Apple" sevərlərə almazdan əvvəl sınaqdan keçirmək üçün "iPhone", "iPad", "Mac", "Apple watch" məhsullarını və geniş aksessuar çeşidlərini təklif edir. Mağazada müştərilərin məhsuldan maksimum yararlanması üçün ödənişsiz məsləhət verən yüksək təcrübəli mütəxəssislər çalışır. Yeni mağazada müştərilər ödənişsiz "wi-fi" xidməti, habelə "Genius Bar”-da yerində ödənişsiz dəstək və məsləhətlər ala biləcəklər.

"AvirStore”da təcrübəli satış personalı "Apple" şirkətinin "iPhone 7" və 7 plus da daxil olmaqla ən son məhsulları haqqında müştəriləri məlumatlandırırlar. Eyni zamanda, mağazada müştərilər bütün məhsulları sınaqdan keçirmək fürsəti əldə edirlər.

Qeyd edək ki, "AvirStore”-un peşəkar "Apple" mütəxəssisləri satışdan sonrakı dəstək və servis çərçivəsində yaranan bütün növ problemləri qısa zaman ərzində zəmanətlə həll etməyə kömək edəcəkdir.

"AvirStore” istəyə uyğun satış və dəstək xidmətləri təklif edir.

Biznes üçün "Apple"

Təhsil üçün "Apple"

VİP və eksklüziv "Apple" məhsulları

Yenilənmiş "Apple" məhsulları

"Avirtel” mağazanın açılışı çərçivəsində "applemarket.az” adlı yeni layihəyə də start verildi. Bu layihənin məqsədi "Apple" markasının azərbaycanlı sevərləri üçün sevimli markaları haqqında ən son məlumatları bu sahədə ixtisaslaşmış onlayn resurs vasitəsilə öz doğma dillərində əldə etmək, habelə "Apple" biliciləri ilə fikir mübadiləsi apararaq onları maraqlandıran suallara cavab tapmaqlarına yardımçı olacaq mərkəzləşmiş bir platforma qurmaqdır. iCihazlardan daha effektiv istifadə məqsədilə applemarket.az veb səhifəsində və eyniadlı "Facebook" hesabında "AvirStore” mütəxəssisləri azərbaycan dilində maraqlı və faydalı məlumatlar paylaşırlar. Bunlarla yanaşı applemarket.az veb-səhifəsində "Apple" cihazlarının alqı-satqı və ya mübadiləsini həyata keçirə bilərsiniz.

Burada köhnə iCihazınızı ən münasib şərtlərlə sataraq, xəyalınızdaki yeni iCihaza daha tez qovuşa bilərsiniz.

Bu sahədə ixtisaslaşmış peşəkar mütəxəssislər cihazı ən qısa zamanda qiymətləndirərək onu lazımı müştəri kateqoriyasına yönləndirəcəklər.

Hər gün səhər saat 10:00-dan axşam 20:00-a qədər Məmməd Araz 50c ünvanında fəaliyyət göstərən "AvirStore” mükəmməl xidmət və məkan yerləşməsinə görə azərbaycanlı "Apple" sevərlərin və qonaqların diqqətini cəlb edəcəkdir.

Daha ətraflı məlumat üçün 24/7 fəaliyyət göstərən 176 (ext 262) qaynar xətti və ya info@avirstore.az əlaqə saxlaya bilərsiniz.















Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR