Millimizin Rumıniya sınağı

Millimizin Rumıniya sınağı
11:37 24 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Sabah 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda mübarizəyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin qüvvəsini sınadığı qrupun qarşılaşmaları Rumıniyada baş tutacaq.

Yığmamız meydan sahibləri, İngiltərə və Avstriya ilə mübarizə aparacaq. Vüqar Məmmədin baş məşqçisi olduğu komandamız elit-raunda vəsiqələrdən birinə sahib olmaq iddiasındadı.

Millimiz bunun üçün qrupda ilk iki yerdən birini tutmalıdı. Lakin 3-cü yer də komandamızı növbəti mərhələyə daşıya bilər. Bunun üçün qrup üçüncüləri arasında ən yaxşı nəticəyə malik 5 yığma sırasına düşmək lazımdı.

Bütün matçlarını Buftea şəhərində keçiriləcək millimizin ilk rəqibi İngiltərə olacaq. Sabahkı görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İki gün sonra eyni saatda eyni stadiona çıxacaq komandamız Avstriya ilə üz-üzə gələcək.

Oktyabrın 30-da baş tutacaq son turdakı rəqibimiz Rumıniya millisi olacaq. Bu görüş saat 16:00-da start götürəcək.

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

VI qrup

I tur, 25 oktyabr

16:00. Rumıniya - Avstriya

Moqossoaya. RFF futbol mərkəzi

20:00. İngiltərə - Azərbaycan

Buftea. RFF futbol mərkəzi

II tur, 27 oktyabr

16:00. İngiltərə - Rumıniya

Moqossoaya. RFF futbol mərkəzi

20:00. Avstriya - Azərbaycan

Buftea. RFF futbol mərkəzi

III tur, 30 oktyabr

16:00. Azərbaycan - Rumıniya

Moqossoaya. RFF futbol mərkəzi

16:00. Avstriya - İngiltərə

Buftea. RFF futbol mərkəzi

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR