Trampdan pornoulduza ŞOK TƏKLİF - Bir gecəsinə 10 min dollar - FOTO

Trampdan pornoulduza ŞOK TƏKLİF - Bir gecəsinə 10 min dollar - FOTO
11:42 24 Oktyabr 2016
215 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da noyabrın 8-də baş tutacaq prezident seçkilərinə az qalmış namizədlər ətrafında qalmaqallar bitmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, respublikaçı namizəd Donald Tramp bu dəfə porno ulduz Cessika Dreykin iddiası ilə üz-üzə qalıb.
 
42 yaşlı ulduz mətbuat konfransı keçirərək 10 il əvvəl Kaliforniyada bir qolf turniri zamanı Trampın ona bir gecəlik 10 min dollar təklif etdiyini deyib: "Telefon nömrəmi istədi, verdim. O axşam otağına dəvət edib. Tək başına özümü yaxşı hiss etməyəcəyimi dedim. Buna görə də iki qadın da mənimlə gəldi. Otağa girən kimi bizi qucaqlayıb öpməyə başladı. Yarım saatlıq söhbətdən sonra otağı tərk etdik. Qısa müddət sonra Trampın köməkçilərindən biri zəng vurub geri çağırdı. Rədd etdim. 
 
Tramp özü də zəng vurub şam yeməyinə dəvət etdi. Növbəti zəngdə Donaldın adına danışan bir kişi mənə 10 min dollar təklif etdi. Bəhanə üçün Los-Ancelesə getməli olduğumu dedim. Tramp dəvətini qəbul etsəm, məni özəl təyyarə ilə göndərəciyini dedi. Rədd etməli oldum".
 
Hadisə 10 il əvvəl baş verib, Tramp isə Melani ilə 11 ildir ki, evlidir.
 
D.Trampın kampaniyası isə Dreykin iddialarını "tamamilə uydurma və gülməli" adlandırıb.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR