Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İraq neft hasilatını azaltmayacaq

İraq neft hasilatını azaltmayacaq

İrandan neftlə bağlı MÜHÜM AÇIQLAMA (16 Mart 2017 02:38)
OPEC fevralda gündəlik 31,958 mln. barel neft hasil edib (14 Mart 2017 18:02)
"LUKoil" neft hasilatını 9% azaldıb (02 Mart 2017 15:32)

Tarix: 24 Oktyabr 2016 11:52

İraq neft hasilatını azaltmaq niyyətində olmadığını bildirib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə İraq Dövlət Neft Marketinq Təşkilatının (SOMO) rəhbəri Falah əl-Əmri və neft naziri Cabbar əl-Laibi açıqlama veriblər. Əl-Əmri qeyd edib ki, İraq hazırda əldə olunan gündəlik 4,7 mln. barel hasilat həcmini azaltmaq fikrində deyil. O bildirib ki, neft hasilatının həcmi ölkənin müstəqilliyinin zəmanətidir.

Neft naziri C. əl-Laibi isə neft ölkələri və OPEC-i İraqın neft hasilatının azaldılması və ya dondurulması ilə bağlı görüşlərdə iştirak etməməsi üçün icazə verməyə çağırıb. Belə ki, onun ölkəsi İŞİD qruplaşması ilə mübarizə aparır. Onun sözlərinə görə, İraq da Liviya və Nigeriya kimi imtiyazlara sahib olmalıdır. Bununla yanaşı nazir xatırladıb ki, İraq tərəfi gərginlik yaratmaq istəmir və təklifini OPEC-ə "müsbət atmosfer"də çatdırmağı planlaşdırır.

Xatırladaq ki, OPEC təşkilatının növbəti rəsmi iclası noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək. İclasa qədər dünyanın əsas neft hasilatçıları arasında qeyri-rəsmi görüşlər keçirilir. Görüşlərdə hər bir ölkə üçün neft hasilatı kvotasının müəyyən edilməsi məsələsi müzakirə olunur.

İraqdan gələn açıqlamalar neft qiymətlərinin bu gün səhər saatlarından etibarən geriləməsinə səbəb olub. Belə ki, "Brent" markalı neft 0,4% azalaraq 51,67 dollar/barelə geriləyib. "Report"un analitik qrupu neft qiymətlərinin bu həftə 50 dollar/bareldən aşağı düşəcəyini proqnozlaşdırır.

Milli.Az


Teqlər:  İraq neft hasilatını azaltmayacaq



RƏYLƏR


Top xəbərlər