Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nur Yerlitaş "İşte benim stilim"lə vidalaşdı - foto

Nur Yerlitaş "İşte benim stilim"lə vidalaşdı - foto

Date: 24 October 2016 11:56

Bir müddət əvvəl döş xərçəngindən əməliyyat olunan modelyer Nur Yerlitaş xəstəxanadan çıxdıqdan sonra oteldə yaşamağa başlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, otel otağından çəkilmiş bir fotosunu paylaşan Nur evə getməməsini belə izah edib:

"Ev şəraitində çoxlu adam gələcəkdi. Müalicə dövründə bu, mənim üçün yaxşı deyil. Oteldə tibb bacısı və şəxsi xidmətçimlə qalıram. Özümü yaxşı hiss edənə qədər burada qalacağam".

Uğurlu əməliyyatdan sonra modelyer sevənlərinə "Məni tək buraxmadığınız üçün təşəkkür edirəm, sizlərə gülümsəyirəm" yazıb.

"İşte benim stilim" dəb yarışmasının münsiflər kürsüsündə əyləşən Yerlitaş əməliyyat olunduqdan sonra ekranlara dönməmək qərarı verib. O, çox yorulmamaq üçün "Artıq televiziyaya çıxmayacağam, proqramda olmayacağam" açıqlamasını verib.


Tags:  Nur Yerlitaş İşte benim stilimlə vidalaşdı foto

RƏYLƏR


Top news