Bu ərəb qızın çəkisi 500 kiloqramdır - FOTO

Bu ərəb qızın çəkisi 500 kiloqramdır - FOTO
12:05 24 Oktyabr 2016
217 Maraqlı
Ölkə mətbuatı
A- A+

İman Əhməd Əbdüləti artıq 25 ildir ki, evdən eşiyə çıxa bilmir.

25 ildir ki, Misirin İsgəndəriyyə şəhərində yaşayan İman təkbaşına yuyunmaq, çimmək, yemək imkanlarından məhrumdur.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, 36 yaşlı İman Əhmədin çəkisi 500 kiloqramdır.

Bu səbəbdən də o, tərpənə bilmir. Parazitar infeksiyaya yoluxmuş İman Əhmədin bədəni xəstəliyə görə şişib.

Onun ailəsi Misir prezidentinə müraciət edərək yalvarır, İmanın müalicə olunmayacağı təqdirdə öləcəyini deyirlər.

İmanın bacısı Çaymanın sözlərinə görə, ailə iztirab çəkir.

"İki bacıyıq, atamız illər əvvəl vəfat edib. İmanın uşaqlıq illərindən ona qulluq edirik. Çünki bacım ayağa dura bilmir, ayaqyoluna belə, gedə bilmir. İman 11 yaşında olanda artıq tərpənə bilmirdi. Beyin insultu keçirəndən sonra isə, ümumiyyətlə, çarpayıya məhkum oldu. O, hətta çarpayıda dönə də bilmir", - Çayma Əhməd Əbdüləti söyləyib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/482413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR