Konte Mourinyonun cavabını verdi: “Peşəsini dəyişsin”

Konte Mourinyonun cavabını verdi:  “Peşəsini dəyişsin”
12:07 24 Oktyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+


“Çelsi” klubunun baş məşqçisi Antonio Konte, “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonun cavabını verib. 


Fanat.Az xəbər verir ki, “Sky İtalia”ya danışan mütəxəssis İngiltərə Premyer Liqasının IX turu çərçivəsində “qırmızı şeytanlar”ı 4:o hesabı ilə məğlub etdikləri matçdan dərhal sonra, portuqaliyalı həmkarının ona yaxınlaşaraq “Qələbəni bu cür bayram etmə. 1:0-da bu normaldır, amma 4:0-da bu hərəkətin məşqçi üçün rüsvayçılıqdır” – söyləməsinə bu cür münasibət bilirib:


“Mən futbolçu olmuşam və meydanda necə hərəkət etməli olduğumu yaxşı bilirəm. Hər kəsə hörmətlə yanaşıram. “Mançester Yunayted” azarkeşləri oxuyurdular. Lakin bizimkilər bu cür yaxşı oyundan sonra nədənsə susurdular. İstədim ki, onlardan futbolçularımızı alqışlamağı xahiş edim. Məncə, bu normaldır. Mourinyo ilə aramda heç nə olmadı. Hər kəsə hörmət edirəm və bunun qarşılığını gözləyirəm. Əgər emosiyaları ortadan qaldırmaq istəyirsinizsə, onda ən yaxşısı evdə oturmaq və peşəni dəyişməkdir. Mən Mourinyonu alçaldacaq heç nə etməmişəm”.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-konte-mourinyonun-cavabn-verdi-t53582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR