Səfir: "SOCAR-ın Rumıniyada tanınmış brend olmasına görə şadam"

Səfir: "SOCAR-ın Rumıniyada tanınmış brend olmasına görə şadam"
12:07 24 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dan Yankunun "Report" Agentliyinə müsahibəsi:
- Azərbaycanla bağlı təəssüratlarınız necədir və ikitərəfli siyasi əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Mən bura təxminən 3 həftə əvvəl gəlmişəm və hər gün özüm üçün bu ölkənin yeni və maraqlı anlarını kəşf edirəm. Mən bura Buxarestdən avtomobillə gəlmişəm və sərhədi keçib Azərbaycana daxil olan kimi dərhal onun gözəlliyini və potensialını gördüm. Təbii ki, Bakının gözəlliyi və müasirliyi, o cümlədən dilimi başa düşməsələr belə, yerli sakinlərin yardım etməyə çalışmaqla göstərdiyi qonaqpərvərliyi məni heyran etdi. Həmçinin insanların həvəslərini də müşahidə elədim. Deyirlər, Azərbaycan Odlar Yurdudur, amma mən həmin odu, istiliyi insanların ürəyində də gördüm. İlk dəfə bu hissləri Bakıda Olimpiya stadionuna səfər etdiyim zaman yaşamışdım. O zaman Azərbaycan futbol millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə oyununda Norveç üzərində tarixi qələbə qazanmışdı.
Bildiyiniz kimi, Rumıniya və Azərbaycan arasında yaxın dostluq münasibətləri var. Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub və geridə qalmış illərdə əlaqələrimiz inkişaf edib, dərinləşib, 2009-cu ildən isə strateji xarakter alıb. Ötən 25 il ərzində Rumıniya prezidentlərinin Bakıya, səhv etmirəmsə, 8 səfəri həyata keçirilib. Prezident İlham Əliyev beş dəfə Buxarestə səfər edib. Keçən ilin iyun ayında bizim baş nazir birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya səfər edib. Parlamentlər, Xarici İşlər Nazirlikləri, eləcə də digər dövlət orqanları arasında davamlı dialoq aparılır. Bundan əlavə, iqtisadiyyat sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratmışıq: son dörd il ərzində ikitərəfli ticarətin həcmi davamlı şəkildə artıb. İnsanlar arasında münasibətlər də inkişaf etdirilir. Bu, yaxşı başlanğıcdır, lakin iki ölkə arasında mövcud potensialdan istifadə etmək üçün hələ çox iş görülməlidir.
- Qeyd etdiyiniz kimi, Rumıniya və Azərbaycan arasında ticarət dövriyyəsi son bir neçə il ərzində artıb. İqtisadi böhran iqtisadi sahədə əməkdaşlığa təsir edib?
- Həqiqətən, son dövrlərdə ikitərəfli ticarət əlaqələrimiz artıb. Azərbaycan şirkətləri Rumıniya bazarındakı iştiraklarını artırıb. Bu, mövcud potensialın göstəricisidir. İqtisadiyyatlarımız bir-birindən asılıdır. Buna görə də digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi, inkişafı və genişləndirilməsi üçün hər şeyi etməliyik. Dayanıqlı inkişafa ehtiyac var və əminəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi yönündə həyata keçirilən səylər ölkələrimizə gələcəkdə birgə istifadə edə biləcəyimiz imkanlar təmin edəcək.
- Rumıniya və Azərbaycan arasında neft-qaz sektorunda sıx əməkdaşlıq var. AGRİ layihəsi üzrə hər hansı bir irəliləyiş varmı və SOCAR-ın Rumıniyadakı işini necə qiymətləndirirsiniz?
- Energetika - əməkdaşlığımızın mühüm hissəsidir. Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın roluna böyük önəm veririk və onu tam dəstəkləyirik. Ölkəm üçün enerji daşıyıcılarının şaxələndirilməsi çox vacibdir. Rumıniya və Azərbaycan Avropanın həm enerji təhlükəsizliyini, həm də enerji daşıyıcılarının diversifikasiyasını gücləndirməyə imkan yaradacaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector) layihəsini dəstəkləyir. 2015-ci ilin iyun ayında tərəfdaş ölkələrin energetika nazirləri, o cümlədən də Azərbaycanın energetika naziri Natiq Əliyev AGRİ təşəbbüsünün müzakirəsi üçün Buxarestdə görüşüb və bu mühüm layihəni dəstəklədiklərini təsdiq edən siyasi bəyanat yayıblar. Aİ-nin Avropanın enerji bazarının gücləndirilməsinə yönələn investisiyalarını nəzərə alsaq, AGRİ layihəsi daha əhəmiyyətli olacaq.
Energetika məsələsindən söz düşmüşkən, Buxarestdən ayrılmamışdan əvvəl SOCAR-ın Rumıniya şöbəsinin rəhbərliyi ilə görüşdüm və SOCAR-ın Rumıniyada fəaliyyətini uğurla inkişaf etdirməsiylə bağlı xəbəri eşitdiyimə sevindim. Şirkət indiyə kimi bütün ölkə üzrə 34 yanacaqdoldurma məntəqəsi açıb və fəaliyyətini daha da genişlənməyi planlaşdırırlar. Şirkət Rumıniya bazarına daxil olandan erkən mənfəət barədə məlumat verib. Onlar iş yerləri yaradırlar. SOCAR-ın Rumıniyada tanınmış brend olmasına görə şadam. SOCAR-ın Rumıniyadakı iştirakını gücləndirəcəyini gözləyirik.
- Rumıniya həmçinin hərbi əməkdaşlıq sahəsində Azərbaycanın mühüm tərəfdaşıdır. Son 8 il ərzində Rumıniya dörd dəfə NATO-nun Bakıdakı əlaqələndirici səfirliyi mandatını həyata keçirib. Yeni mandat gözləmək olar?
- 2009-cu ilin yanvar ayından Rumıniyanın Bakıdakı səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi mandatını qəbul edib. Məncə, bu, Alyansa üzv olan ölkənin diplomatik missiyasının bu postu tutduğu ən uzun müddətdir. Bunu yalnız Azərbaycan haqqında demirəm. Ümumiyyətlə, Azərbaycan təmsilçiləri ilə birlikdə ictimai diplomatiya sahəsində əla işlər görərək NATO ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edən, NATO dəyərlərini təşviq edən və Azərbaycanda Alyans barədə məlumatlılığı artıran iki sələfimin işini yüksək qiymətləndirirəm. Bütün bu səylər NATO-nun Azərbaycanla dialoqa və əməkdaşlığın inkişafına verdiyi əhəmiyyətin göstəricisidir və Alyans tərəfindən tam tanınan Azərbaycanın strateji rolu və dəyərlərini əks etdirir. Cari mandatımız bu ilin dekabr ayında başa çatır və başqa bir NATO ölkəsi bu vəzifəni icra edəcək. Amma biz növbəti əlaqələndirici səfirliyin NATO-Azərbaycan münasibətlərini gücləndirmək yolundakı fəaliyyətinə tam dəstək verəcəyik.
- Rumıniyanın miqrantların Avropaya axını, Aİ ölkələri arasında etimadın olmaması, Avropada terror təhlükəsi kimi məsələlər üzrə mövqeyi necədir? Azərbaycan və Rumıniya miqrantlarının axını və antiterror əməliyyatlarının idarə olunması kimi sahələrdə necə əməkdaşlıq edə bilər?
- Biz miqrasiya və terrorizmin iki fərqli hadisə olduğunu təsdiq edirik. Ona görə də onlara müxtəlif formatlarda və müxtəlif yollarla yanaşmağın zəruri olduğunu düşünürük. Rumıniya miqrasiya məsələsinə hərtərəfli yanaşmanın, o cümlədən Aİ-nin ümumi cavabı və həlli yollarının lazım olduğuna əmindir. Fikrimizcə, üç məqam vacibdir: birincisi - Aİ səviyyəsində artıq daxili tədbirlərin həyata keçirilməsi üzrə ardıcıllıq razılıqlaşdırılıb; ikincisi - üçüncü ölkələrlə (miqrasiyanın mənbəyi olan ölkələrlə və və tranzit ölkələrlə) əməkdaşlığın yaxşılaşdırılması; üçüncüsü - Aİ-nin xarici sərhədlərinin müdafiəsini gücləndirmək. Bu üç elementin hər biri üzrə irəliləyiş əldə etmək vacibdir. Eyni zamanda, miqrasiyadan danışarkən, yalnız onun nəticələri ilə məşğul olmaq yox, həm də onun səbəbləri ilə də mübarizə aparmaq vacibdir. Aİ miqrasiya problemlərinin davamlı həllini tapmaq üçün mənbə-ölkələr və tranzit ölkələrlə sıx əməkdaşlıq etməlidir.
- Rumıniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə aydın və ardıcıl olub. Biz MDB məkanında bütün münaqişələrin ərazi bütövlüyü və ölkələrin suverenliyinə hörmət də daxil olmaqla, beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, dinc yolla, razılaşdırılmış və hərtərəfli həllinə tərəfdarıq. Bu, Rumıniyanın çoxdankı mövqeyidir və o, dəyişməyib.
- Azərbaycanda mədəniyyət tədbirlərinin keçirilməsi ilə bağlı hansı planlarınız var?
- Səfirliyimiz hazırda növbəti il üçün fəaliyyət planı üzərində işləyir. Birincisi, diqqətimizi artistlərin çıxışı, kino, musiqi vasitəsilə Rumıniya mədəniyyəti və adət-ənənələrinin Azərbaycan cəmiyyətinə təqdim olunmasınına yönəltməliyik. Həmçinin, Azərbaycanda mədəniyyət tədbirlərində fəal iştirak etmək istərdik. Məsələn, Bakı Cazz Festivalı bütün dünyada nüfuzlu və populyar olan tədbirdir. Biz eyni zamanda ənənəvi incəsənət və sənətkarlıq məhsullarını nümayiş etdirmək istəyirik. Məsələn, xalçaları. Bununla mədəniyyətlərimiz arasında ümumi cəhətlərin olduğunu göstərə bilərik. Azərbaycan xalçalarındakı bəzi naxışların Rimıniya xalçalarındakı motivləri xatırlatdığını görəndə təəccüblənmişdim. Bunu yerli publikaya da göstərmək istərdik.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir - Ağ ev rəsmisindən etiraf

17 Avqust 2017 07:44

Ronaldo beş oyunluq diskvalifikasiyanı şərh etdi

17 Avqust 2017 07:33

Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək

17 Avqust 2017 07:12

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 07:03

Avropa futbolunda ilk: oyunu qadın idarə edəcək

17 Avqust 2017 06:59

Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı

17 Avqust 2017 06:47

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib - 40 dinc sakin həlak olub

17 Avqust 2017 06:33

Moskvada güclü yanğın

17 Avqust 2017 06:14

Naxçıvan əhalisinin gəlirləri artıb

17 Avqust 2017 06:07

“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim etdi

17 Avqust 2017 06:03

Avropada gücü 900 vattdan çox olan tozsoranların satışına qadağa qoyulacaq

17 Avqust 2017 05:33

Almaniyada bomba təhlükəsi ilə əlaqədar 10 mindən çox insan təxliyyə edilib

17 Avqust 2017 05:07

Smartfonların köməyi ilə xəstəliklərin diaqnostikası aparılacaq

17 Avqust 2017 05:03

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 04:33

Samuxda zəlzələ

17 Avqust 2017 04:24

Samuxda zəlzələ olub

17 Avqust 2017 04:17

Türmədə qanlı iğtişaş - 37 ölü

17 Avqust 2017 04:14

İspaniyada 600-ə yaxın migrant xilas edildi

17 Avqust 2017 04:03

Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var

17 Avqust 2017 03:57

"Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub

17 Avqust 2017 03:07

İspaniya Superkubokunun qalibi bəlli oldu

17 Avqust 2017 02:59

Venesuelada həbsxanada nəzarətçilərlə məhbuslar arasında toqquşma olub: 35 ölü

17 Avqust 2017 02:52

Rusiyada 120 milyon il əvvələ aid MARAQLI TAPINTI

17 Avqust 2017 02:43

Səudiyyə şahzadəsi vəfat etdi

17 Avqust 2017 02:39

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib -

17 Avqust 2017 02:10

"Zenit" Hollandiyadan məyus qayıtdı - AVROLİQA

17 Avqust 2017 02:07

Gavalı mürəbbəsinin hazırlanması - Qışa tədarük

17 Avqust 2017 02:03

"Astana" darmadağın olundu, "Başakşəhər" uduzdu - ÇEMPİONLAR LİQASI

17 Avqust 2017 01:57

Almaniyada ilk dəfə qadın hakim kişilər arasında futbol üzrə çempionatı idarə edəcək

17 Avqust 2017 01:57

İraqın Baş naziri:

17 Avqust 2017 01:34

7 ildir dünyanın ƏN YAXŞISI - MELBURN

17 Avqust 2017 01:33

Çempionlar Liqasında növbəti oyunların NƏTİCƏLƏRİ

17 Avqust 2017 01:24

Filarmoniyaya “Akademik” statusu verildi

17 Avqust 2017 01:19

47 yaşlı kişi döyülərək öldürüldü - Gədəbəydə

17 Avqust 2017 01:14

“Qarabağ” ÇL-in qrupuna düşsə, nə qədər qazanacaq? -

17 Avqust 2017 01:14

Əgər Azərbaycanda basketbol inkişaf etsəydi milli komandalarımız belə olardı – FOTOLAR

17 Avqust 2017 01:03

Əfqanıstanda ABŞ hərbçisi İŞİD-ə qarşı əməliyyat zamanı həlak olub

17 Avqust 2017 01:02

Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

17 Avqust 2017 00:47

52 illik müharibə başa çatdı

17 Avqust 2017 00:45

Mayk Pens: “Ümid edirik ki, Latın Amerikası ölkələri də KXDR ilə əlaqələri kəsəcəklər”

17 Avqust 2017 00:43

"Qəbələ"dən gedən ispan Polşa klubunda

17 Avqust 2017 00:37

“Kopenhagen” UEFA-ya şikayət etdi

17 Avqust 2017 00:34

Naxçıvan əhalisinın sayı artıb

17 Avqust 2017 00:32

12 ay ərzində 26 milyon qazandı - İLİN ƏN YÜKSƏK GƏLİRLİ aktrisası oldu

17 Avqust 2017 00:28

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 00:22

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 00:17

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08

"Qarabağ"dan Embaloya 2 milyon avro

16 Avqust 2017 23:58

Syerra-Leonedə 100 uşaq daşqın və sürüşmələrin qurbanı olub

16 Avqust 2017 23:57

Ən çox qazanan aktrisa kimdir?

16 Avqust 2017 23:49