Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda qohumunu tüfənglə vuran şəxsin məhkəmə istintaqı başa çatıb

Bakıda qohumunu tüfənglə vuran şəxsin məhkəmə istintaqı başa çatıb

Date: 24 October 2016 12:07

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.
Xatırladaq ki, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.
M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Tags:  Bakıda qohumunu tüfənglə vuran şəxsin məhkəmə istintaqı başa çatıb

RƏYLƏR


Top news