Gəncədə iki həmyerlisini bıçaqlayan şəxs tutulub

Gəncədə iki həmyerlisini bıçaqlayan şəxs tutulub
12:17 24 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində həmyerlisini bıçaqlayan şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 22-də naməlum şəxs tərəfindən Gəncə şəhər sakinləri Abdulla Paşayev və Şair Kərimov bıçaqlanıb. Yaralılar. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  A.Paşayevi və Ş.Kərimovu bıçaqlayan şəxsin şəhər sakini Məcid Süleymanov olduğu müəyyən olunub. O, tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-iki-hemyerlisini-bicaqlayan-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR