Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

APL, 9-cu tur: “Zirə” autsayderin qonağıdır

APL, 9-cu tur: “Zirə” autsayderin qonağıdır

Date: 24 October 2016 12:23

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun növbəti oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, turun ikinci oyun günündə də bir qarşılaşma baş tutacaq.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL Zirənin eyniadlı komandasını qəbul edəcək. Qonaq komanda səfərdən qələbə ilə dönəcəyi təqdirdə hazırkı mövqeyini yaxşılaşdıracaq. "Zirə" 3 xal sayəsində 4-cü pilləyə yüksələcək. Ən yaxın qonşusu ilə 4 xal fərqi olan AZAL isə qələbə nəticəsində yalnız "Sumqayıt"a yaxınlaşacaq.

Komandalar bu günədək ölkə çempionatlarında 5 oyun keçiriblər. Bu görüşlərin 3-ü "Zirə"nin, 1-i isə AZAL-ın qələbəsi ilə başa çatıb. Bir oyunda isə bərabərlik qeydə alınıb. Tərəflərin görüşündə meydan sahibi olan komanda indiyədək məğlub olmayıb. Son 3 matçda hər iki klub qol vurub.

Turun son oyun günündə iki görüş olacaq. "Sumqayıt" "Qəbələ"ni, "Neftçi" isə "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası. 9-cu tur

24 oktyabr

16:00 AZAL - Zirə

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "AZAL Arena"

Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" və "İnter" komandaları qarşılaşıb. Gəncədə baş tutmuş görüşdə hesab açılmayıb.


Tags:  APL 9-cu tur Zirə autsayderin qonağıdır

RƏYLƏR


Top news