Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

Date: 24 October 2016 12:27

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Gəncə şəhər sakini İlham Quliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və Şəmkir rayon sakini Vüqar Əzimovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillə toqquşub. 
Nəticədə "VAZ-21214" markalı avtomobildə olan sərnişin Şəmkir rayon sakini Əli Əzizov hadisə yerində ölüb, sürücü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tags:  Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

RƏYLƏR


Top news