Fransanın zəlzələlərin öyrənilməsi üzrə məşhur
professoru Le Piçon İstanbulu böyük zəlzələnin gözlədiyini
açıqlayıb.
Publika.az xəbər verir ki, fransalı mütəxəssis İstanbulda
zəlzələnin mütləq olacağını bildirib.
Onun sözlərinə görə, zəlzələnin gücü 7,6 bal gücündə ola bilər:
“Biz uzun zamandır Mərmərə dənizində türk mütəxəssislərinin də
iştirakı ilə araşdırmalar aparırıq. Böyük zəlzələ 1766-cı ildə
olub. Ondan sonra yaxın gələcəkdə ikinci böyük zəlzələnin olacağı
qaçılmazdır. Çünki 1766-cı ildəki zəlzələ Mərmərə layında qırılma
nəticəsində baş vermişdi. Həmin vaxtdan bu günə qədər hər il bu lay
18 millimetr qırılır. 250 illik dövr ərzində bu 4,5 metr qırılma
deməkdir. Qırılıma nə qədər çox olsa, zəlzələnin gücü də bir o
qədər çox olacaq”.
Mütəxəssis bildirib ki, İstanbula böyük təsir edəcək zəlzələ iki
dəfə ard-arda ola bilər.
“Bununla yanaşı, Mərmərədə torpaq laylarının qopması nəticəsində
böyük sunami ola bilər”, - deyə o bildirib.
Nəriman