Avropa şirkətlərinə “Brexit” zərbəsi

Avropa şirkətlərinə “Brexit” zərbəsi
12:33 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Brexit” ilə bağlı kəskin ssenaridə Avropa Birliyinə daxil olan ölkələrin şirkətləri Britaniya şirkətləri ilə müqayisədə illik 8 milyard avro (9,7 milyard dollar) daha çox itirəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Qeyd olunur ki, kəskin ssenaridə “Brexit” ilk növbədə Avropanın özü üçün sərfəli olmayacaq.

Nəzərə çatdıraq ki, Böyük Britaniyada “Brexit” bu ilin iyun ayının 23-də keçirilib. Britaniyalıların 51,9 faizi Avropa Birliyinə üzvlüyə son qoyulmasına səs verib. Proqnozlara görə, Böyük Britaniya kəskin ssenaridə vergi daxilolmalarının azalmasından 66 milyard avro (81 milyard dollar) itirə bilər.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/173299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR