Bakıya gəlməyən aktyorun ayaq barmaqları da kəsilibmiş

Bakıya gəlməyən aktyorun ayaq barmaqları da kəsilibmiş
12:42 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Keçirdiyi xəstəlikdən dolayı sağ əlindəki iki barmağı amputasiya olunan Nejat İşlərin ayaq barmaqlarının da kəsildiyi məlum olub.

Milli.Az publika.az-a istinadən bildirir ki, aktyor "Hurriyet.com .tr"-a verdiyi müsahibədə ayaq barmaqlarının kəsildiyini etiraf edib.

- İdmanla məşğul olursanmı?

- İmkan tapan kimi idmanla məşğul oluram. Yayda dostlarla çimərlik voleybolu oynayırıq. Qışda isə futbol, bəzən də stolüstü tennis. Lakin əl və ayaq barmaqlarım kəsildiyi, ağciyərin biri də yarımçıq olduğu üçün uşaqlar mənimlə mülayim rəftarı edir, onda hirslənirəm.

- Əl barmaqlarının kəsildiyini bilirdik. Ayağında neçə barmağın kəsilib?

- Rəqəm deməyə ehtiyac yoxdur.

- Ayaq üstə durarkən, yeriyərkən çətinlik çəkirsənmi?

- Əlbəttə ki, ayağıma görə ayaqqabı seçməkdə çətinlik çəkirəm.

Xatırladaq ki, "İkimizin yerinə" filminin Bakıdakı qalasına səhhətində yaranmış problemlərdən dolayı gələ bilməyən aktyor uzun müddət xəstəxanada yatmasına və barmaqlarının kəsilməsinin səbəbini ilk dəfə kitabında açıqlayıb. İşlər dolayı yolla sevgilisi üzündən xəstələndiyini belə ifadə edib: "Qəribə qrip virusu vardı ətrafda. Kənddə hələ belə hal mövcud deyil. Vəziyyətdən istifadə edib qız vasitəsi ilə virusa yoluxdum".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/482485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR