Bakıda uşağı cinayətə təhrik edən şəxsin adı AÇIQLANDI

Bakıda uşağı cinayətə təhrik edən şəxsin adı AÇIQLANDI
12:44 24 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluq əməli törədən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Bakı şəhər sakini Abbas Bağırova məxsus mağazadan 450 manat pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən  paytaxt sakini, 16 yaşlı yeniyetmə saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun ötən il martın 20-də eyni mağazadan və Raqil Həsənova məxsus aptekdən pul, ərzaq məhsulları və dərman preparatları oğurlaması da müəyyən edilib..

 

Həyata keçirlimiş əməliyyat tədbirləri ilə onu cinayətə təhrik edən həmyerlisi, 30 yaşlı Ramal Əzizov tutulub.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR