Safuranın bloger bacısından yeni VİDEO

Safuranın bloger bacısından yeni VİDEO
12:48 24 Oktyabr 2016
217 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gənc bloger Fidan Əlizadə yeni videosunu izləyicilərin ixtiyarına buraxıb.

Publika.az xəbər verir ki, Rəssamlıq Akademiyasında təhsil alan bloggerin yeni videosu "Çantamda nə var?" adlanır.

F.Əlizadə bizə uzun müddət videolar çəkməməsinin səbəbini də izah edib. "Buna hazır deyildim. Öz üzərimdə işlədim və çoxlu sərgilərdə iştirak etdim. Bloqlar və vloglar haqqında məlumatlar topladın. Əslində, mən bu məsələyə ciddi yanaşıram. Çünki bəlli bir auditoriyaya müraciət edirsən və onun zövqünü maksimum oxşamağa çalışmalısan. Əgər bu işə başladımsa, çox maraqlı layihələr edəcəyəm”.

Gənc blogger əsas məqsədinin sağlam tərzini təbliğ etmək və dəb yenilikləri ilə tanış etmək olduğunu xüsusi vurğulayıb: “İzləyicilər üçün sağlamlıqla bağlı videolar hazırlacağam. Eləcə də moda sahəsində baş verən yeniliklər və vizajla bağlı maraqlı informasilarları videolarda bölüşəcəyəm. Kimisə təkrarlamağı qətiyyən sevmirəm. Yenilikləri sevən insanam, ona görə də başqa bloggerlərin çəkdiklərinə oxşayan videolar çəkmək istəmirəm. Bundan başqa öz həyat tərzim, səyahətlər və digər maraqlı məqamları videolara çəkəcəyəm”.

Xatırladaq ki, Fidan Əlizadə Azərbaycanı “Eurovision” yarışmasında təmsil edən Safura Əliyevanın bacısıdır. Safura Əliyeva sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub, hazırda İstanbulda yaşayırlar. Cütlüyün bir oğlu var.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/173284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR