Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyənin ədliyyə naziri ABŞ-a gedəcək

Türkiyənin ədliyyə naziri ABŞ-a gedəcək

Date: 24 October 2016 13:02

Bakı. 24 oktyabr. REPORT.AZ/ Türkiyənin ədliyyə naziri Bekir Bozdağ oktyabrın 25-də Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Ankaraya təhvil verilməsi ilə bağlı danışıqlar aparmaq üçün  ABŞ-a səfər edəcək.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, B.Bozdağ ABŞ-ın ədliyyə naziri Loretta Linçlə görüşəcək.
İnformasiyaya görə, B.Bozdağ ABŞ rəsmisinə FETÖ başçısının Türkiyəyə təhvil verilməsi üçün əlavə sənədlər təqdim edəcək.
Səfər çərçivəsində ədliyyə nazirini Türkiyə Böyük Millət Məclisi Ədliyyə komissiyasının sədri Ahmet İyimaya, komissiya üzvləri - Ədalət və İnkişaf Partiyasından deputat Hakkı Köylü, müxalif Cümhuriyyət Xalq Partiyasından millət vəkili Ömər Süha Aldan və Milliyyətçi Hərəkat Partiyasından deputat Faruj Aksu müşayiət edəcək. 

Tags:  Türkiyənin ədliyyə naziri ABŞ-a gedəcək

RƏYLƏR


Top news