Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Soğanın İNANILMAZ FAYDALARI

Soğanın İNANILMAZ FAYDALARI

Date: 24 October 2016 13:03

Soğan keçmişdən ərzaqla yanaşı dərman kimi də istifadə olunmuşdur.

Böyük təbibimiz İbni Sina soğandan geniş istifadə etmişdir və soğan haqqında belə demişdir: soğan bədənimizi təmizləyir, bədənimizdən zərərli suları xaric edir. Soğan az yeyiləndə (məsələn salatların içində) ağız qoxusunu aparır, çox yeyiləndə əksinə. Yenə də soğan az yeyildikdə iştah gətirir, çox yeyildikdə əksinə iştahkəsicidir. Soğan damar genişləndirici təsir edir maraqlıdır ki, bu təsir kapilyar damarlarda daha tez özünü göstərir. Ona görə də soğan dəri qidalanması üçün əladır desək yanılmarıq. Soğan bütün dəri xəstəliklərində şəfadır, soğan yeyən adamlarda sellülit, çiban, səpgilər, varikoz, dəri çatlamaları kimi xəstəliklər olmaz. Əgər belə xəstəlikləriniz varsa, soğan yeməyə davam edin keçər.

Əgər sizdə çiban varsa və bu çiban sağalmırsa və ya gec sağalırsa soğan yeyin, soğanın tərkibindəki təbii antibiotiklər çibanın tez əmələgəlməsinə və tez sağalmasına səbəb olur. Astma bronxit xəstəliyi olanlar soğan yesinlər, çünki soğan bronxları genişləndirir və ağrıkəsici təsir göstərir. Yeməklə soğan yeyilərsə, köp və qəbizlik olmaz. Soğan cinsi istəyi artırır. Qadınlarda adət pozğunluqlarında, sonsuzluqda soğandan çox istifadə etsinlər və ya dəmləyib suyunu içsinlər.

  • 5-6 ədəd orta ölçülü soğan doğranılır, 1 litr suda 10 dəqiqə çay kimi dəmlənilir, süzülür və gün ərzində içilir. Sonsuzluq zamanı 3 ay içilir, 15 gün fasilə verilib təkrar oluna bilər.

Soğanın tərkibində C vitamini və qlükokinin maddəsi var. Bu maddə qanda şəkərin miqdarını aşağı salır, bununla da şəkər xəstələri soğandan bol-bol istifadə edə bilərlər. Dərman məqsədilə istifadə olunarsa ən yaxşı soğan ağ soğandır.

Qrip, haymorit, frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülür. 1 ədəd soğan yarım çay qaşığı soda ilə qarışdırıb saç tökülən yerlərə sürtülərsə, yeni saç çıxmasına səbəb olar. Qulaqda iltihab, ağrı və səs varsa gündə 2 dəfə sağalana qədər soğan suyu tökün. 50 qram soğan suyu ilə 100 qram balı bir-birinə qarışdırın, anginalarda və faringitdə kiçik-kiçik qurtumlarla gündə 3 xörək qaşığı için. Gözləriniz tez-tez quruyursa (bu kompyuterə çox baxanlarda olur) gözünüzə 2 damcı soğan suyu tökün.

Əgər kökəlmək istəyirsinizsə, kərə yağında qızardılmış soğan yeyin. Əgər dərinizdə ağ nöqtələr, ziyil və saçınızda saçqıran varsa soğan toxumunu üyüdün, toz formasına salın saçlarınızı, dərinizdəki ağ nöqtələrin üstünü və ziyilləri masaj edin. Əgər oynaq ağrılarından (artroz, artrit) əziyyət çəkirsinizsə, soğanı kiçik-kiçik doğrayıb oynağın üstünə qoyun, pampıq parça ilə bağlayıb 1 saat gözləyin, sonra təmizləyin bunu ağrılarınız keçənə qədər edin. Soğan yeyən insanlar prostat xəstəliyinə tutulmazlar, çünki soğan prostat vəzin qanla təchizatını artırır. Əlinizdə, ayaqlarınızda göbələk varsa, problem yoxdur 1 ovuc soğan qabığını (soğan satanlarda bol olur atırlar) 2 litr suda 5 dəqiqə qaynadın, soyudun, əllərinizi və ayaqlarınızı gündə yarım saat içində saxlayın, 2 həftə etsəniz göbələk qalmaz.

Əgər üzünüzdəki səpgilərin tez keçməsini istəyirsinizsə, üzünüzü gündə 2 dəfə soğan suyu ilə silin. Soğan kiçik ölçülü böyrək daşlarını tökər və yenidən əmələ gəlməsinin qarşısını alar. Soğan qan dövranını artırır, bunula da ürəyin işini rahatlaşdırır, ürəyin işemik xəstəliklərində faydalıdır. Soğan antimikrob xassəli olduğunda revmatizmada müalicə məqsədilə yeyilməsi məsləhətdir. Soğan yeyən adamlarda qurd olmaz, qurdqovucudur. Soğan yeyən insanlarda təzyiq olmaz. Əgər dərinizə yad bir maddə batıbsa, bunu çıxarmaqda əziyyət çəkirsinizsə, soğanı közün üstündə bişirin, ortadan kəsin, dərinizi zeytun yağı ilə yağlayıb üstünə bişmiş soğan qoyub bağlayın.

Közdə bişmiş soğan dəridəki irinli yaraların müalicəsində yara üzərinə qoyulub bağlanılır. Əgər ağzınızda sağalmaz yaralar varsa soğan çeynəyin, bunu bacardığınız qədər ağzınızda saxlayın, udmayın. Əgər üzünüzdə ləkələr varsa, gündə 2 dəfə soğan suyu ilə balı bərabər miqdarda qarışdırıb üzünüzü silin. Soğanda kalium, kalsium, dəmir, mis kimi minerallar bol olduğundan osteoporoz (sümük əriməsi) xəstəliyinin müalicəsində əvəzolunmazdır.

İstər müasir tibbdə, istərsədə dinimizdə soğanı çox yemək (məsələn bir dəfəyə 2-3 ədəd) həm bəyənilmir, həm də zərərlidir. Kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməlidir. Yalnız bişmiş istifadə oluna bilər. (fizulihuseynov.com)


Tags:  Soğanın İNANILMAZ FAYDALARI

RƏYLƏR


Top news