Qırğızıstanda hökümət istefaya gedir

Qırğızıstanda hökümət istefaya gedir
13:05 24 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın sosial-demokratlar partiyasının fraksiyasının koalisiyadan çıxması ilə hökumət istefaya getməyə hazırlaşır.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, partiya sədri İsa Omurkulov koalisiyadan çıxmalarını ora daxil olan digər fraksiyalarla siyasi baxışlarının üst-üstə düşməməsi ilə əlaqələndirib. 

Qırğızıstan konstitusiyasına görə, koalisiyanı hər hansı fraksiyanın tərk etməsi onun süqutuna, eyni zamanda hökumətin istefasına gətirib çıxarır.

Qeyd edək ki, hazırkı hökumət bu ilin aprelində formalaşmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR