Rufiz Qonaqov: "Prezidentin fərmanı dövlətin QHT-lərə dəstəyinin bariz nümunəsidir"

Rufiz Qonaqov: "Prezidentin fərmanı dövlətin QHT-lərə dəstəyinin bariz nümunəsidir"
13:05 24 Oktyabr 2016
216 Ölkə
Ölkə mətbuatı
A- A+

"News Blaze": Azərbaycan tolerantlıq nümunəsidir (14 İyun 2017 12:27)
"News Blaze": Azərbaycan tolerantlıq nümunəsidir (14 İyun 2017 12:01)
Özbəkistanın Azərbaycandakı keçmiş səfiri prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin olunub (08 İyun 2017 11:22)

Bu fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır

Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi tətbiq edilsin. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunsun.

Fərmanın vətəndaş cəmiyyətinin inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqovun fikirlərini öyrəndik.

- Rufiz müəllim, Prezident İlham Əliyevin imzaladığı məlum fərman QHT-lərin inkişafına necə təsir göstərəcək?

- Öncə bildirim ki, bu fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamıdır. QHT-lərin inkişafıdı, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə həyata keçirilən bu siyasət nəticəsində vətəndaş cəmiyyəti dövlət və ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir. Bilirsiniz ki, iki il öncə QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Heç kəsə sirr deyildi ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusilə də, xaricdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər vardı. Bu iki il ərzində həmin təşkilatlar saf-çürük edildi, müəyyənləşdi və bəzilərinin barələrində hüquqi tədbirlər görüldü. Bəzi QHT-lərin qrant vəsaitlərini təyinatı üzrə istifadə etməməsi, dövlət və milli maraqlara zidd, xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərmələri ötən müddət ərzində bir daha aşkara çıxarıldı. Bununla belə iki il əvvəlki dəyişikliyin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi məqsədiylə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya QHT-lərin, beynəlxalq təşkilatların təkliflərini toplayaraq beynəlxalq donorların Azərbaycandakı fəaliyyətilə bağlı qaydaların sadələşdirilməsi üçün təkliflər hazırladı.

Buütün bunlar QHT-lərin inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına yönəlmiş addımlar idi. Nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir pəncərə" prinsipinin tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalandı. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır.

- Necə düşünürsünüz, bəzi QHT-lər yaradılan bu imkandan sui-istifadəyə yol verməyəcəklər ki?

- Hesab edirəm ki, QHT-lər Prezidentin bu addımını layiqli qiymətləndirməlidirlər. Çünki dövlət onların qaldırdıqları problemlərin həllinə adekvat reaksiya verib. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər vardı ki, bu Fərmanda onlar öz əksini tapıb. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Nazirlər Kabineti nəzərdə tutulan müddətdə qaydaları hazırlayıb aidiyyəti üzrə təqdim edəcək. Hesab edirəm ki, yaradılmış hüquqi mexanizm, qaydalar QHT-lərin yaradılan imkanlardan sui-istifadəsinin qarşısını alacaq. Burada narahatlığa ciddi əsas görmürəm.

- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına hansısa əngəllər yaradıldığını iddia edirlər. Sizcə, Prezidentin imzaladığı Fərman bu kimi iddialara son qoyacaqmı?

- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ilk növbədə dövlətin özü maraqlıdır. Zaman-zaman biz dövlətin QHT-lərə dəstəyinin şahidi olmuşuq. Bu gün dövlətin dəstəyi olmadan QHT-lərin inkişafından, effektiv fəaliyyətindən danışmaq mümükün deyil. İstər QHT-lərin maliyyələşməsində, onlarla əməkdaşlığın qurulmasında, proqramların effektiv icra edilməsində dövlətin dəstəyi danılmazdır. Hazırda QHT-lərin qeydiyyatı ilə bağlı da problemlər tam aradan qaldırılmaqdadır. Bəzi xarici dairələrin Azərbaycanda QHT-lərin fəaliyyətinə dair tənqidi hesabatlarının əsl mahiyyəti bizə bəllidir. Bu tənqidlər daha çox siyasi xarakter daşıyır və həmin dairələrin Azərbaycanın gücünü, inkişafına olan münasibətlərindən irəli gəlir. Biz bu cür qərəzli yanaşmalara o qədər də əhəmiyyət verməməliyik.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkan Şorayın SARAY kimi evi - FOTO

26 İyun 2017 13:23

Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb

26 İyun 2017 13:22

"Mladost" - "İnter" matçının hakimləri müəyyənləşib

26 İyun 2017 13:22

Belarus Rusiyadan "İsgəndər" ala bilər

26 İyun 2017 13:22

Avtovağzalda RƏZALƏT: pul üçün min oyundan ÇIXDILAR - REPORTAJ/FOTO

26 İyun 2017 13:13

KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq

26 İyun 2017 13:12

Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü

26 İyun 2017 13:12

Sabah 38 dərəcə isti olacaq

26 İyun 2017 13:11

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26 İyun 2017 13:07

Premyer Liqada böyük transfer: Ver Serxionu, al Aleksi

26 İyun 2017 13:07

Millimizin futbolçusunun baş məşqçisi erməni oldu

26 İyun 2017 13:05

Tramp 20 illik Ramazan ənənəsini pozdu

26 İyun 2017 13:05

Havalar kəskin isinir

26 İyun 2017 13:04

Bayram günü ACI XƏBƏR GƏLDİ - 1 şəhid, 1 yaralı

26 İyun 2017 13:03

"Formula 1"-lə əlaqədar bağlanan küçələri bu axşam açılır

26 İyun 2017 12:59

Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

26 İyun 2017 12:52

Rusiyalı cazibədar model Bakı bulvarında - FOTO

26 İyun 2017 12:52

Ölkə çempionatının ən seksual voleybolçusu seçildi - FOTOSESSİYA

26 İyun 2017 12:49

Telefondan narkotik vasitə çıxdı

26 İyun 2017 12:45

Model qızın ölümündə günahlandırılan həkim haqqında İLGİNC FAKTLAR - FOTO

26 İyun 2017 12:42

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

26 İyun 2017 12:39

Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirilib

26 İyun 2017 12:37

"Yol terroru" iki gündə beş can aldı

26 İyun 2017 12:36

Ermənistanın dövlət büdcəsinin kəsiri 5,5 faizədək artıb

26 İyun 2017 12:36

Avtomobil ana və qızını vurdu

26 İyun 2017 12:36

Sabah hava NECƏ OLACAQ?

26 İyun 2017 12:28

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

26 İyun 2017 12:27

Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var

26 İyun 2017 12:22

Gənc qadın dərmandan zəhərləndi

26 İyun 2017 12:22

Sabah 38 dərəcəyə qədər isti olacaq

26 İyun 2017 12:22

Bakıda 22 yaşlı model əməliyyat zamanı öldü

26 İyun 2017 12:22

Ana-bala qəzaya düşüb: qız öldü

26 İyun 2017 12:19

Trampdan GÖZLƏNİLMƏZ ADDIM: müsəlmanlarla bağlı 20 illik ənənəyə SON QOYDU

26 İyun 2017 12:18

Araz çayında boğulan yeniyetmənin cəsədi sudan çıxarılıb

26 İyun 2017 12:17

Azərbaycan bayrağı ayaqlar altına səriləcək? - FOTO

26 İyun 2017 12:17

Bakı sakinindən tapança götürüldü

26 İyun 2017 12:16

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb (FOTO

26 İyun 2017 12:15

3 gün əvvəl çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı

26 İyun 2017 12:14

İlahi, bu adamların arasında mənim nə işim var?

26 İyun 2017 12:12

“Qarabağ” doqquzuncu günü tamamladı...

26 İyun 2017 12:11

“Supermodel Azerbaijan” beynəlxalq müsabiqəsinə sənəd qəbulu başlandı

26 İyun 2017 12:09

Bakıda əvvəllər məhkum olunan şəxsdən tapança götürülüb

26 İyun 2017 12:07

Mourinyoya ağır itki

26 İyun 2017 12:05

Həyat yoldaşı aparacı Turandan elə SÖZLƏR YAZDI Kİ... - FOTO

26 İyun 2017 12:03

Bakı sakinindən tapança götürülüb

26 İyun 2017 12:01

Bakıda hərbi orkestrlərin çıxış edəcəkləri yerlər açıqlanıb

26 İyun 2017 11:57

Bakıda tanışını bıçaqla qətlə yetirən şəxs tutulub

26 İyun 2017 11:57

İzmirdə bir ayda 2-ci zəlzələ

26 İyun 2017 11:57

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağırdır

26 İyun 2017 11:53

Qubada avtomobil ana və qızını vurub, onlardan biri ölüb

26 İyun 2017 11:52