Qadın voleybolçulardan ibarət milli komandamızın üzvü Polina Rəhimova özünə yeni sevgili tapıb.
ANS PRESS-in məlumatına görə, Cənubi Koreyanın “Hyundai” klubunda çıxış edən gözəl voleybolçumuz Kamerun millisinin voleybolçusu Zonzon Olivye ilə görüşür. Cütlük fotolarını sosial şəbəkədə paylaşıb.
Zonzon Olivye “Əl-Şabab” klubunda çıхış edir. O, Cənubi Koreyaya yollanaraq Polinanın oyunlarını izləyib.
Qeyd edək ki, Polina bundan əvvəl bolqarıstanlı Peter Şopovla nişanlı olub.