Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İrəvanda adam öldürən məktəb direktoru intihara cəhd etdi

İrəvanda adam öldürən məktəb direktoru intihara cəhd etdi

62 yaşlı qadın intihar etdi - AĞDAMDA (21 Mart 2017 19:23)
62 yaşlı qadın intihara cəhd edib - AGDAMDA (21 Mart 2017 19:14)
Ağdamda 62 yaşlı qadın intihar etmək istədi (21 Mart 2017 18:57)

Tarix: 24 Oktyabr 2016 13:12

Yerevandakı "Gənc jurnalistlər" məktəbinin direktoru Vaan Kazaryan oktyabrın 22-də axşam saatlarında özünü öldürməyə cəhd edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, o, 22 yaşlı Levon Saakyanın öldüyünü biləndən sonra bu addımı atıb.

Onun vəkili Marina Farmanyanın sözlərinə görə, Kazaryan sancaq udmaqla özünü öldürməyə çalışıb.
 
Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona elan olunan ittihamı qəbul etmir.
 
Bundan əvvəl verilən xəbərə görə, gələcək həkim Levon Saakyan oktyabrın 19-da "Gənc jurnalistlər" məktəbinin direktorunun kabinetində bıçaqla yaralanıb. 
 
Onun Vaan Kazaryanın təklifi ilə görüşə gəldiyi bildirilir. Mübahisənin işəgötürənin öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən düşdüyü bildirilir. 
 
Levonun arvadı yayda bu məktəbdə işə düzəlib. Ancaq Kazaryan vəd etdiyi pulu tam həcmdə vermədiyindən Vaanın arvadı onunla əməkdaşlığı dayandırıb. 
 
Bu mübahisəyə gənc ər də qoşulub. Direktor onunla söhbətdə bütün pulu ödəyəcəyinə vəd verərək hətta konkret vaxt da bildirib. 
 
Oktyabrın 19-da direktor Levonu söhbət üçün yanına çağırıb. Ancaq söhbət davaya keçib, 39 yaşlı direktor 22 yaşlı Levona bıçaqla zərbə vurub, onun ürəyini və böyrəyini zədələyib.
 
Saakyan xəstəxanaya yerləşdirilsə də, oktyabrın 21-də ölüb. Vaan Kazaryan isə saxlanılıb.

Milli.Az


Teqlər:  İrəvanda adam öldürən məktəb direktoru intihara cəhd etdi



RƏYLƏR


Top xəbərlər