Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevinc Tofiqqızı filminin təqdimatına hazırlaşır - video

Sevinc Tofiqqızı filminin təqdimatına hazırlaşır -  video

Date: 24 October 2016 13:16

Bəstəkar Sevinc Tofiqqızının “Çağır məni” adlı filminin və klipinin tanıtım çarğı yayımlanıb.

Axşam.az-ın məlumatına görə, ekran işi Qarabağ müharibəsində iştirak edən qəhrəmanlara həsr edilib.
“Çağır məni”də rolları Sevinc Tofiqqızı, müğənni Aslan Hüseynov, aktyor Mehman Məmmədov, Mehdi Abdullayev, fotoqraf Ramin Aslanov və başqaları canlandırıb.

Filmin rejissoru Elmar Məmmədov bildirib ki, əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunu yüksəltməkdir.

S.Tofiqqızı eyniadlı bəstəyə klip də çəkildiyini söyləyib:

“Həm film, həm də klipin çəkilişləri N saylı hərbi hissədə aparılıb. Bunun üçün bizə Əlil sahibkarlar təşkilatı ictimai birliyinin rəhbəri Mirzə Məmmədvəliyevin təşkilatçılığı ilə şərait yaradan Daxili qoşunların komandanı Şahin Məmmədova, mətbuat xidmətinə, şəxsi heyətinə yaradıcı komandamız adından təşəkkür bildirirəm”.

S.Tofiqqızı “Çağır məni”nin Bakı Oskar Film və xarici festivallarda nümayiş olunacağını deyib. Yaxın günlərdə eyniadlı klipin və filmin təqdimat mərasimi keçiriləcək.







Tags:  Sevinc Tofiqqızı filminin təqdimatına hazırlaşır video

RƏYLƏR


Top news