Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan çempionu üçün tanış potensial rəqib

Azərbaycan çempionu üçün tanış potensial rəqib

Tarix: 24 Oktyabr 2016 13:37

Çempionlar Liqasının 2017/18 mövsümünün daha bir iştirakçısı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Finlandiyanı qitənin ən nüfuzlu klub turnirində "Mariehamn" təmsil edəcək.

Eyniadlı şəhəri təmsil edən komanda bunu ölkə çempionu titulunu qazanmaqla nail olub. Bu, Finlandiya çempionatının sonuncu turunda rəsmiləşib. 33-cü turda "İlves"i 2:1 hesabı ilə məğlub edən "Mariehamn" xal hesabını 61-ə çatdırıb və tarixində ilk dəfə ölkə çempionu adına yiyələnib.
 
Mövsümü HİK-dən 3, SJK-dan 4 xal öndə başa vuran mariehamnlılar bununla da Çempionlar Liqasının II təsnifat mərhələsində oynamaq hüququ əldə edib. Finlandiya çempionu bu yarışda Azərbaycan təmsilçisinin potensial rəqibi olacaq. Topaz Premyer Liqasında cari mövsümün qalibi olacaq komanda ilə qarşılaşma ehtimalı olan skandinaviyalılar təmsilçilərimiz üçün tanış rəqibdi. Belə ki, "Mariehamn"ın avrokuboklardakı debütü Azərbaycan klubu ilə matça təsadüf edib. Bakı "İnter"i 3 il əvvəl rəqibini Avropa Liqasından kənarlaşdırıb - 2:0, 1:1.

Milli.Az


Teqlər:  Azərbaycan çempionu tanış potensial rəqib



RƏYLƏR


Top xəbərlər