Millimizin baş məşqçisi prezidentlə görüşdü

Millimizin baş məşqçisi prezidentlə görüşdü
13:43 24 Oktyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiyanın prezidenti Kolinda Qrabar Kitanoviç futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş xanım prezidentin Azərbaycana rəsmi səfər çərçivəsində baş tutub. 48 yaşlı prezident sosial şəbəkədəki şəxsi hesabında görüşün fotosunu yayımlayıb. Görüşdə Prosineçkinin köməkçisi Qordan Tsipriç də iştirak edib.

Xorvatiya prezident Bakıda fəaliyyət göstərən Xorvatiya ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR