Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılır

Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılır

Azərbaycan antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarılıb (23 Fevral 2017 16:57)
Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb (23 Fevral 2017 15:47)
Bu il Azərbaycanda 435 dopinq-test götürüləcək (23 Fevral 2017 15:22)

Tarix: 24 Oktyabr 2016 13:47

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanda idmançıların dopinqdən istifadə edilməsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır.
“Report”un xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq: “Yaradılacaq Milli Antidopinq Agentliyinə idmançılarda dopinqin aşkar edilməsi, onun mexanizmi, tibbi müayinələrin aparılması, testlərin tətbiq edilməsi, idmançıların dopinqdən istifadə ilə bağlı şikayətləri ilə bağlı məsələlər öz əksini tapacaq”.
O deyib ki, hətta Milli Antidopinq Agentliyinin tərkibində apellyasiya şuralarının, arbitrajın yaradılması da nəzərdə tutulur.
A.Rəhimov bildirib ki, hazırda nazirliyin tərkibində belə bir qurum fəaliyyət göstərsə də, o beynəlxalq anti-dopinq təşkilatları tərəfindən tanınmır.

Teqlər:  Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılır



RƏYLƏR


Top xəbərlər