Paytaxtda və regionlarda ölmək neçəyədir? – Bir mənzilin qiymətinə məzar yeri

Paytaxtda və regionlarda ölmək neçəyədir? – Bir mənzilin qiymətinə məzar yeri
13:53 24 Oktyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya qanunvericiliyinə görə, qəbiristanlıqda yer insanın ölümündən dərhal sonra pulsuz verilir. Amma demək olar ki, bütün Moskva qəbiristanlıqları çoxdan bağlanıb. Analoji vəziyyətə Rusiya şəhərlərinin mərkəzi qəbiristanlıqlarında da rast gəlinir. Və bu, o deməkdir ki, başqa variantlar axtarmaq lazımdır. Məsələn, yaxşı yeri yaxşı qiymət ödəməklə alman mümkündür.

Publika.az “Life.ru” saytına istinadən Moskva və regionlardakı qəbiristanlıqlardakı vəziyyəti və məzar üçün qiymətləri təqdim edir.

Sayt qeyd edir ki, qəbiristanlıqlar bağlanan və hazırda açıq olmaqla iki yerə bölünür. Rusiya paytaxtında cəmi iki – Perepeçinsk və Alabuşinsk qəbiristanlıqları dəfn üçün açıqdır. Moskvalılar orada tamamilə pulsuz dinclik tapa bilərlər. Amma paytaxtın qalan qəbiristanlıqlarına yaxın düşmək mümkün görünmür.

Tək variant isə puldur. Bunun üçün Moskva Ticarət və Xidmətlər Departamentinin yanında “Mərasim” agentliyinə müraciət etmək lazımdır. Mitinsk qəbiristanlığında iki nəfərlik məzar yeri 1 milyon 140 min rubldur (18,1 min dollar). Ən ucuz variant isə 570 min 30 rubldur (təxminən 9 min dollar). “Mərasim” agentliyinin konsultantı Janna deyir ki, məzar yerləri müharibə iştirakçılarına güzəştli qiymətlərlə verilir.

Troyekurovski paytaxtın ən bahalı qəbiristanlığı sayılır. Burada qiymətlər 1,3 milyon rubldan (təxminən 20,6 min dollar) başlanır. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski iki il əvvəl burada iki milyona yer əldə edib.

Paytaxtın ən nüfuzlu və əlçatmaz qəbiristanlıqlarından biri də Vaqankovskidir. Qəbiristanlıq dəfn üçün rəsmən bağlanıb. Amma bununla belə oradan yer almaq olar. Bunun üçün isə iki variant var. Birinci varianta görə, bu qəbiristanlıqda Moskva merinin qərarı ilə vətən qarşısında xüsusi xidmətləri olan şəxslər dəfn oluna bilər. İkinci üsul isə qanunsuzdur. Moskvanın mərkəzində 2 metrlik torpağın dəyəri Moskva ətrafında mənzilin dəyərinə bərabərdir.

Çerkizovski və Troyse-Lıkovsk Moskvanın ən ucuz qəbiristanlıqları sayılır. Çerkizovski qəbiristanlığında tabutla 110 (təxminən 1750 dollar), Troyse-Lıkovskdə isə 150 (təxminən 2400 dollar) min rubla yer almaq mümkündür.

Kazanda (Tatarıstan) məzarlıq yer almaq qeyri-rəsmi olaraq girişə olan məsafədən asılı olaraq 50 min rubldan (təxminən 800 dollar) 100 min rubla (təxminən 1600 dollar) qədər dəyişir. Bir neçə il əvvəl şəhərə ən yaxın qəbiristanlıqlarda yerlər 45 min rubldan (təxminən 715 dolla) satılıb qurtarıb. O vaxtdan qiymətlər əhəmiyyətli dərəcədə yüksəlib.

Analoji vəziyyət Rostov-Donda da müşahidə olunur. Şayiələrə görə, burada “yaxşı yer”lərin qiyməti 50 min rubldan başlanır. Yekaterinburqda məzar yeri qəbirin qazıması ilə birlikdə 8 min rubla (təxminən 130 dollar) başa gələcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR