İŞİD-lə "savaş" və “Sykes-Picot” razılaşmasının ƏSL HƏDƏFİ

İŞİD-lə "savaş" və “Sykes-Picot” razılaşmasının ƏSL HƏDƏFİ
14:03 24 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

İraqın Mosul əməliyyatının arxasında dayanan əsl məqsədin məhz bölgədəki enerji ehtiyatlarının olduğuna dair fikirlər son günlər müxtəlif analitiklər tərəfindən dilə gətirilir.

Publika.az xəbər verir ki, Türkiyənin “Star” qəzetinə açıqlamasında Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin başçısı professor Gürkan Kumbaroğlu Mosulun neft və təbii qaz dənizi üzərində sanki bir ada olduğunu bildirib.

Avropaya 25, Türkiyəyə 200 il

Yeni peyk görüntüləri, geoloji xəritələr və beynəlxalq hesabatlarda yer alan nəhəng neft və təbii qaz ehtiyatlarına diqqət çəkən Gürkan Kumbaroğlu bildirir ki, Mosuldakı qaz ehtiyatları Avropanın qaz təlabatının ödənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

O, Yaxın Şərqdə beş il əvvəl İŞİD adlanan bir təşkilatın törədiyini və bir neçə min silahlının bir neçə ay ərzində İraq və Suriyanın yarısını ələ keçirdiyini xatırladıb: “Sonra isə “onlarla döyüşən” PKK-nın Suriya qolu olan PYD ölkənin üçdə birini qəsb etdi. İndi isə İraqda Mosulun İŞİD-dən azad edilərək ən az dörd hissəyə bölünməsi gündəmdədir. Bunun arxasındakı səbəb nədir? Əsas məsələ Mosul və ətrafındakı enerji ehtiyatlarını Qərbə çatdıracaq və Suriyanın şimalından keçəcək dəhlizə kimin hakim olmasıdır. Türkiyənin illik təbii qaz istehlakı təxminən 50, Avropanın qaz istehlakı isə təxminən 400 milyard kubmetrdir. Mosulda qaz ehtiyatları Türkiyənin təxminən 200, Avropanın isə 25 illik tələbatını ödəyə bilər. Bütün sahə, yüzlərlə il kifayət edər. Bölgədəki döyüş tamamilə Mosul və Kərkükdəki enerji ehtiyatları ilə bağlıdır. Suriyanın şimalında böyük ehtiyatlar yoxdur. Ancaq Suriya torpaqları Yaxın Şərq və Aralıq dənizindəki yeni enerji ehtiyatlarının Qərbə çatdırılması üçün strateji əhmiyyət daşıyır”.

Şərqi Aralıq dənizi qaynayır

Aralıq dənizində Misirin tək bir yatağında 800 milyard, İsrailin isə iki yatağında 800 milyard kubmetr təbii qaz tapıldığını deyən Kumbaroğlu Şərqi Aralıq dənizidə neft və təbii qazın qaynadığını bildirib. O, bildirir ki, bu ehtiyatların TANAP (Trans-Anadolu təbii qaz kəməri) üzərindən Avropaya çatdırılması 2-2.5 milyard dollar, Yunanıstan üzərindən çatdırılması isə bundan üç-dörd dəfə daha çox vəsait tələb edir.

“Bu ehtiyatların Kipr, ya da Suriya sahillərindən keçməsi gündəmdədir. Bölgədə çox böyük enerji ehtiyatları var. Şərqi Aralıq dənizində neft və təbii qaz qaynayır”, - professor deyib.

“Aralıq dənizi müharibəsi”

Daha əvvəl isə Türkiyənin “Yeni Şafak” nəşrinin yazarı Kamal Öztürk Suriyadakı hadisələri “Suriya vətəndaş müharibəsi” deyil, “Aralıq dənizi müharibəsi” kimi xarakterizə etmişdi.

O, Yaxın Şərqdəki qarşıdurmaların əsl səbəbinin Aralıq dənizindəki kəşf edilməmiş təbii qaz ehtiyatı yataqları olduğunu bildirib.

Kamal Öztürk onlarla ölkənin döyüş gəmiləri və təyyarələrinin toplandığı Şərqi Aralıq dənizində 3,5 trilyon kubmetr kəşf edilməmiş təbii qaz ehtiyatının olduğunu qeyd edib: “Bu barədə ABŞ-ın Geoloji Araşdırma Təşkilatı 2013-cü ildə dərc etdiyi hesabatında bildirib. Bu, bölgədəki ölkələrin taleyini, Yaxın Şərqdə tarazlıqları dəyişdirəcək qədər böyük qaz ehtiyatıdır. Bu kəşf Şərqi Aralıq dənizində həmçinin neftin də ola biləcəyini göstərir. Dünya bu bölgənin neft və qazına möhtacdır. Birinci Dünya Müharibəsin sonra Osmanlı torpaqlarını parçalayanlar (“Sykes-Picot” razılaşması) bizə elə bir bölgəni buraxıblar ki, hər yerdən neft və təbii qaz fontan vurarkən, bizdə dərman üçün bir barel neft çıxmır. Şərqi Aralıq dənizində çıxarılacaq qazdan bir çox ölkə zəngin olacaq, amma bizə və Şimali Kiprə (rəsmi olaraq tanınmadığı üçün) bir qəpik düşmür. Bu, necə zalım bir coğrafi bölünmədir?”

Onun sözlərinə görə, Suriya vətəndaş müharibəsində məsələ heç də İŞİD, “Ən-Nüsra” Cəbhəsi, yaxid da şiə-sünni qarşıdurması deyil: “Məsələ neft və qazın çıxarılmasında pay sahibi olması, enerji ehtiyatlarının daşınması üçün yeni boru xətlərinin çəkilməsi, təsislərin qurulması və bütün bunları həyata keçirəcək şirkətlərin hansı ölkərin olmasına qərar verilməsidir”.

Qeyd edək ki, İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsinə Qərbin göstərdiyi marağın əslində buradakı zəngin neft və təbii qaz ehtiyatlarından qaynaqlandığını bir neçə gün əvvəl Türkiyənin “Yeni Şafak” nəşrində Arzu Kurum də yazıb.

Dörd trilyonluq neft müharibəsi: II Əbdülhəmiddən qalan savaşın PƏRDƏARXASI - VİDEO

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsinə Qərbin göstərdiyi maraq əslində buradakı zəngin neft və təbii qaz ehtiyatlarından qaynaqlanır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR