Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İran XİN: "Tehranın Qarabağ məsələsində vasitəçiliyi gündəmdə deyil"

İran XİN: "Tehranın Qarabağ məsələsində vasitəçiliyi gündəmdə deyil"

İran prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini tapacağına ümidvarıq" (05 Mart 2017 17:37)
XXI əsrin ən böyük İŞĞAL PLANLARI: Tanklar Kəbə divarları qarşısında... – QƏRBİN LAYİHƏSİ (18 Fevral 2017 13:58)
İran prezidenti Türkiyəyə səfər edəcək (16 Fevral 2017 17:52)

Tarix: 24 Oktyabr 2016 14:05

Qarabağ münaqişəsinin həlli məsələsində heç bir ölkə İran kimi müsbət rol oynaya bilməz, lakin hazırda Tehranın vasitəçiliyi gündəmdə deyil. 

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
 
O bildirib ki, İran SSRİ dağıldıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik sahəsində önəmli və əsaslı rol oynayıb. "Qarabağda ilk ciddi atəşkəsin bərqərar olmasını təmin etdik. Bu böyük uğur idi, lakin bəzi səbəblərdən və bəzi ölkələrin təxribatı nəticəsində bu atəşkəs davamlı olmadı".
 
B.Qasımi deyib ki, İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfəri zamanı vasitəçilik məsələsi deyil, ikitərəfli əlaqələr müzakirə olunacaq: "Məndə olan məlumata görə, bu gün vasitəçilik məsələsi gündəmdə deyil. Ümid edirəm ki, regionun təhlükəsizliyi üçün təhdid ola biləcək bu problem tezliklə ədalətli formada öz həllini tapacaq". 

Milli.Az


Teqlər:  İran XİN Tehranın Qarabağ məsələsində vasitəçiliyi gündəmdə deyil



RƏYLƏR


Top xəbərlər