Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azyaşlıları cinayətə təhrik edən şəxs tutuldu

Azyaşlıları cinayətə təhrik edən şəxs tutuldu

Date: 24 October 2016 14:12

Bakıda oğurluq əməli törədən şəxs tutulub.

Milli.Az DİN-ə istinadən bildirir ki, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Bakı şəhər sakini Abbas Bağırova məxsus mağazadan 450 manat pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən paytaxt sakini, 16 yaşlı yeniyetmə saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun ötən il martın 20-də eyni mağazadan və Raqil Həsənova məxsus aptekdən pul, ərzaq məhsulları və dərman preparatları oğurlaması da müəyyən edilib.

Həyata keçirlimiş əməliyyat tədbirləri ilə onu cinayətə təhrik edən həmyerlisi, 30 yaşlı Ramal Əzizov tutulub.
 
Araşdırmalar davam etdirilir.

Milli.Az


Tags:  Azyaşlıları cinayətə təhrik edən şəxs tutuldu

RƏYLƏR


Top news