Azərbaycanda ixrac portalı yaradılıb

Azərbaycanda ixrac portalı yaradılıb
14:17 24 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidentinin "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin İxrac Portalı (www.export.az) yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, portal xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımından sahibkarlara dəstək mexanizmidir.

Portalda axtarış sistemi vasitəsilə məhsulun adını və ya gömrük kodunu qeyd etməklə Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları barədə məlumat əldə etmək mümkündür. Saytın "kataloq" hissəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər haqqında ümumi məlumat, məhsulların ixrac olunduğu ölkələr, hədəf ölkələri, məhsulların kataloqu, şirkətlərin malik olduğu sertifikatlar və s. kimi məlumatlar əks olunub.

Portaldan istifadə üçün həm yerli, həm də xarici şirkətlər qeydiyyatdan keçməlidirlər. İstifadəçi qeydiyyatdan keçdikdən sonra öz şirkəti və məhsulları barədə məlumatı portala daxil edə və portalda yer alan başqa şirkətlər haqqında tam məlumat əldə edə bilər.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın yaxın vaxtlarda rusdilli versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR