Avtomobilin yürüşünə müdaxilə edənlər məsuliyyətə cəlb olunur?

Avtomobilin yürüşünə müdaxilə edənlər məsuliyyətə cəlb olunur?
14:17 24 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

İkinci-əl avtomobillərin alqı-satqısı zaman avtomobili daha tez və yüksək qiymətə satmaq naminə işbazlar bəzi hiylələrə əl atırlar. Belə ki, avtomobilin yürüşünü azaldaraq müştərini aldatmağa çalışırlar. Bəs bunu edənlər hansısa məsuliyyətə cəlb olunurmu?

Milli.Az bildirir ki, məsələ ilə bağlı modern.az-ın suallarını cavablayan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, bununla bağlı Dövlət Yol Polisi heç kimi məsuliyyətə cəlb etmir.
 
"Bu istehsalçı zavodun dilleri tərəfindən bu hal müəyyən edilə bilər. Yalnız mütəxəssislər müəyyən edə bilər. Kimsə avtomobilin yürüşünü geri çəksə, onu sübut etmək mümkün deyil. Bu, bütün dünyada var, təkcə Azərbaycanda deyil. Ən müasir avtomobilləri belə ölkəmizə gətirərkən onun getdiyi yürüşü geri çəkib gətirirlər. 
 
Avtomobilin spidometrinə müdaxilə edilməsi ilə bağlı hansısa məsuliyyət yoxdur. Spidometrin işlək olmamasına görə qanunvericilikdə məsuliyyət var, amma yürüşün dəyişdirilməsinə görə heç bir məsuliyyət yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR