Azərbaycan Transxəzər marşrutunda yükdaşımalara yeni gəmi cəlb edir - FOTO

Azərbaycan Transxəzər marşrutunda yükdaşımalara yeni gəmi cəlb edir - FOTO
14:37 24 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Şahdağ" gəmi-bərəsi "Zığ" Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, keçən ayın sonundan start verilən təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. "Şahdağ"ın baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.

Eyni zamanda gəminin bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Qeyd edək ki, "Şahdağ" yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR