Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Karmen" operasının tamaşası keçiriləcək - FOTO

"Karmen" operasının tamaşası keçiriləcək - FOTO

Date: 24 October 2016 14:42

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir.

Milli.Az bildirir ki, teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət etmişdir. İ.Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə - Danimarka, Hollandiya, Finlandiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. vaxtaşırı qastrol səfərlərində olur. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülmüşdür.

Noyabrın 12-də keçiriləcək tamaşaya həmçinin Rusiya Akademik Böyük Teatrının aparıcı solisti, Azərbaycanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elçin Əzizov (Eskamilio) və Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq Artisti Andrey Romanenko da (Xoze) dəvət olunmuşlar.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela), Gülnaz İsmayılova (Fraskita), Səbinə Əsədova (Mersedes), solistlər Tural Ağasıyev (Dankayro) və Əliəhməd İbrahimov (Romendado) da çıxış edəcəklər.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Milli.Az




Tags:  Karmen operasının tamaşası keçiriləcək FOTO

RƏYLƏR


Top news